Arzu Nağıyev: "Davos forumunda iştirak Azərbaycana mühüm üstünlüklər qazandırır..."

Tet-a-tet / Manşet

3 087

Arzu Nağıyev:



Ekspert Arzu Naıyev eksklüziv olaraq məhz VOİCEPRESS.AZ üçün gündəmi zəbt edən siyasi məqamları açıqlayaraq, oxucuların diqqətinə çatdırdı:



-Bu ayın sonu Davosda gözlənilən Beynəlxalq İqtisadi Forum nələr vəd edə bilər?

-Məlumdur ki, bu il yanvarın 23-26-da illik Davos Dünya İqtisadi Forumu keçiriləcək və forumda Azərbaycan Prezidentinin də iştirakı gözlənilir. Keçmiş illərdən də təcrübə göstərir ki, Davos forumunda iştirak Azərbaycana mühüm üstünlüklər qazandırır. Azərbaycan ümumiyyətlə bu forumda çox fəal iştirak edən dövlətdir və bunu Azərbaycan Prezidentinin hər dəfə 30-a yaxın keçirdiyi görüşlər də təsdiq edir.

Builki görüşlərdə neft strategiyası ilə yanaşı, həm də qeyri-neft sektorunun inkişafı, logistika, o cümlədən, Bakı –Tbilisi – Qars dəmir yolu, Bakı Ticarət Limanı, ümumiyyətlə Şimal-Cənub dəhlizi, TANAP və TAP layihələri haqqında geniş müzakirələrin olacağı gözlənilir.Təbii ki, Dağlıq Qarabağın işğalı və münaqişənin həlli yolları münaqişənin beynəlxalq layihələrə maneələr törətdiyi haqqında da məlumatlar veriləcəkdir.


-ABŞ-ın Rusiyadan silah alveri edən ölkələrə qarşı sanksiya tətbiqi məsələsi nə qədər real görünür?

-Bu sanksiyalar təbii ki, ilk növbədə Rusiyanın Hərbi sənaye kompleksinə yönələcəyindən xəbər verir. Çünki Rusiyaya qarşı bu proseslər əsasən iqrtisadi baxımdan gəlir əldə edə bilən sahələrə yönəlib. Bu tək HSK deyil, həm də təbii sərvətlərlə bağlıdır. Konkret olaraq hələ ki, Azərbaycanla bağlı qərarın olacağı inandırıcı görünmür. Olsa belə Azərbaycan tək Rusiyadan silah almır ki? Yəni həmin silahlar başqa dövlətlərdən və digər vasitələrlə də əldə edilə bilər. Hazırda konkret belə bir məsələ yoxdur. Azərbayacanın ABŞ və digər dövlətlərlə normal və beynəlxalq hüquq normalarına söykənən əlaqələri mövcuddur və öz balanslı siyasətini yürüdür. Düşünürəm ki, bu siyasət də davam etdiriləcəkdir.


-Avropa Parlament Asambleyasının gözlənilən iclasında Ermənistan prezidenti Serj Sarkisyanın da, çıxışı gözlənilir. Bu çıxışa cavab və ya qarşılıq olaraq hansı mövqedən çıxış nəzərdə tutulmalıdır?

-Həmişə olduğu kimi, yenə də Sarkisyan Dağlıq Qarabağ məsələsini qabardacaq və əsas mövzu kimi ”İnsan haqlarının tapdalanması və hər bir millətin öz müqəddaratını həll etmə hüququ” haqqında danışacaqdır. Bundan başqa separatçı rejimə “müstəqillik” dəstəyi, guya Azərbaycanın Ermənistanı blokadada saxlaması, əlbəttə ki, sevimli mövzu olan qondarma “soyqırım” məsələsi gündəmdə olacaqdır. Təbii ki, seçki ili olduğu üçün digər məsələləri də, o cümldən ictimai-siyasi rəyə hesablanmış çıxışlar da edəcəkdir.



Aysel İsgəndərova
VOİCEPRESS.AZ

Ранее » Azər Badamov: "Bu format gələcəkdə Ermənistan-İran əlaqələrinə yenid...« Далее Fərəc Quliyev: “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır, amma...