Söyün Sadıqov: “ABŞ hər zaman Azərbaycanı öz təsiri altına almaq niyyətində olub”

Tet-a-tet / Manşet

3 803

Söyün Sadıqov: “ABŞ hər zaman Azərbaycanı öz təsiri altına almaq niyyətində olub”
“ 4.5 ildə Rusiya Suriyada hakim dairə ilə müxalif tərəfi danışıqlar masasına oturda bildi”

VoicePress.az Strateji İnkişafın Modelləşməsi Mərkəzinin rəhbəri, politoloq Söyün Sadıqovla müsahibəni təqdim edir:



-Rusiya iddia edirdi ki, İŞİD-lə mübarizə aparır. Lakin indi öz qoşunlarının Suriya ərazisindən şıxarılması ilə bağlı əmr verir. Sizcə Rusiya bu cür ziddiyyətli qərarlarla özü özünü inkar etmiş olmurmu?


-Rusiya Suriyaya 4.5 ildən sonra daxil oldu. Həmən an əməlli başlı qızğın vətəndaş müharibəsi gedirdi. Və bu müharibə sadəcə müxalifətlə hakim dairə arasında getmirdi. Bu müharibədə müxtəlif ekstimist qruplaşmalar iştirak edirdi. Həmin qrupların bir neçəsi birləşərək, İŞİD-i yaratdı. Bu isə 4.5 il ərzində ABŞ və onun müttəfiqlərinin etdiklərinin nəticəsi idi. Çünki onlar Suriyanın bütövlüyü və vətəndaş müharibəsinin tezliklə bitməsinə görə, mübarizə aparmırdılar. Əksinə gedən müharibəni daha da qızışdırmağa maraqlı idilər. Bunun üçün hətta Bəşər Əsədin hakimiyyətdən getməsinə dəstək də verirdilər. Rusiya 2002-ci ildə Rusiya Suriya arasında bağlanmış beynəlxalq razilaşmaya əsasən və əlbəttə ki, Suriya prezidentinin, eləcə də parlamentinin xahişi ilə sentyabr ayının sonunda Rusiya Suriya ərazisinə daxil oldu və İŞİD-lə mübarizə aparmağa başladı. Hesab edirəm ki, qısa zaman kəsiyində Rusiya qarşısına qoyduğu məsələnin öhdəsindən layiqincə gəlməyi bacardı. 4.5 il ərzində Rusiya Suriyada hakim dairə ilə müxalif tərəfi danışıqlar masasına oturda bildi. Rusiya ekstremist qruplaşmaların bütün infrastrukturlarını darma dağın etdi.


- Necə düşünürsüz, ABŞ-la Azərbaycan arasından hansı qara pişik qaçdı yenə? Yəni ABŞ-ın Azərbaycanla bağlı nə kimi məqsədi ola bilər?


- ABŞ hər zaman və elə indi də, Azərbaycanı öz təsiri altına almaq niyyətində olub. Onların bir məqsədi var, Rusiyanı Zaqafqaziyadan uzaqlaşdırmaq. Onların başlıca məqsədi Rusiyanı postsovet məkanında zəiflətməkdir. Azərbaycan prezidenti hər zaman bitərəf siyasət aparmaq niyyətini sərgiləyir. Lakin son 2 ildə, açıq şəkildə Rusiuya Federasiyasının prezidenti V. V. Putinin və Rusiyanın siyasi kursunun dəstəkləməkdədir. Bu özünü həm Suriya məsələsində, həm BMT, həm də AŞPA- məsələsində daha qabarıq göstərdi. Əlbəttə, bu da ABŞ və Aİ-nın xoşuna gəlmir. Azərbaycan prezidenti 200 il bir ailə kimi yaşamağı nəzərə alır. Axı Rusiya və Azərbaycan çox sıx iqtisadi və infrastruqtur əlaqələrinə malikdir. Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. Azərbaycanda milyon yarımdan çox rus dilli vətəndaş var. Bütün bunlar təbii ki, Rusiya və Azərbaycanı daha da yaxınlaşdırır.

-Sizcə ABŞ-ın siyasi dairələrində Kürdistan dövlətinin yaradılması kimi plan sizcə yetişməyibmi hələ? Əgər belədirsə, o zaman ABŞ türklərlə kürdlər arasında seçim etmək məcburiyyətində buraxmaqla, özü özünü dalana dirəmiş olmurmu?

- Yaxın Şərqdə Kürdistan dövblətini yaratmnaq hələ ki, çox çətin bir məsələdir. Burada İrak, İran, Türkiyə, Suriya ilə qarşı qarşıya gəlmək mükündür. Ona görə, düşünürəm ki, yaxın gələcəkdə ABŞ və onun müttəfiqlərinin bu kimi planı baş tutmayacaq. Lakin dünya dəyişir. Yüz il ərzində dünya xəritəsində çox sayda xırda dövlətlər yarandı. Nə vaxtsa kürdistan da yaranacaq. Cənubi və Şimali Koreya da buirləşəcək...


-Necə düşünürsüz, münaqişə tərəflərinə silah satan dövlətin ATƏT-də təmsilı olunması nə qədər doğrudur?

-Mən anlayıram. Siz Rusiyanı nəzərdə tutursuz. Bu gün ATƏT-də digər dövlətlər də silah satışı ilə məşquldur və münaqişə tərəflərinə silah satır. Burada silajh satışı Rusiyanın ilk növbədə dövlət biznesidir vıə dövlətin müdafiə sənayesi hesab edilir. Bu isə Azərbaycan və Ermənistan müdafiə sisteminin möhkəmləndirilməsi deməkdir.


-Sonda, sizdən bir qədər mart ayının sonunda Kazanda gözlənilən beynəlxalq forumla bağlı fikrlərinizi eşitmək istərdik. Bildiyimiz qədəriylə foruma ermənilər də dəvət edilib. Necə düşünürsüz, Rusiya Türkiyə münasibətlərinin hər gün daha da, qızışmasını istəyən Ermənistanın forumda iştirakı ilə hansı effektli nəticələri gözləmək olar?

-Forum 31 martda, Moskvada keçiriləcək. Bu gün yerini və tarixini artıq qəti olaraq təsdiqlədilər. Forumda politoloqlar və ekspertlər iştirak edəcək. Yəni bildiyimiz qədəriylə forumda nümayəndələri iştirak edəcək ölkələr bunlardır: Türkiyə, Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Belorusiya, Gürcüstan, Ermənistan, İran. Forumun əsas məqsədi dünyada və xüsusəndə Yaxın Şərqdə baş verənlərə ekspertlərin fikrlərini öyrənməkdir. Əsas məsələ isə sülhü necə bərqərar etmək məsələsi olacaq.




Gülçin Çinar

Ранее » Nürəddin Məmmədli: “Yaxın zamanlarda mitinqlərin keçirilməsi...« Далее Lasveqasda Çak Norisin bağ evində dincələn azərbaycanlı idmanç...