Bütün peşələrin fövqündə dəyanan müqəddəs bir peşə var, bu müəllimlikdir!

  • 4-10-2017, 16:20
  • 2 016
Bütün peşələrin fövqündə dəyanan müqəddəs bir peşə var, bu müəllimlikdir!
Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər, “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, deyirdi. Böyük maarifçi Həsən bəy Zərdabi isə “Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır” deyib. Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin çiyninə düşür. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir.

VOİCEPRESS
-in bugünki müsahibi Respublika İdman Olimpia liseyinin gənc müəlliməsi Fatma Əskərovadır.

- Əvvəlcə sizi tanıyaq.

- Bakı şəhərində doğulmuşam. Ziyalı ailəsində böyümüşəm. Anam müəllimə, atam isə neftçi alimdir.

- Necə oldu ki, müəllim olmaq istədiniz?

- Yəqin ki, anamın ixtisasca müəllimə olması peşə seçimimə təsir edib. Bir də məktəbdə ədəbiyyat müəlliməmə olan sonsuz sevgi bu sənəti seçməyimə səbəb oldu. O, hər zaman bir xanım kimi baxımlı, bir müəllimə kimi qayğıkeş və savadlı idi. Dərsi bizə məcbur deyil, sevdirə-sevdirə öyrədirdi. Hər hansı bir əsəri, şeiri və ya şairlərin həyatı və yaradıcılığı haqda danışarkən çalışırdı bütün incəlikləri bizə aşılasın. Bizdə dərsə maraq oyadır, keçdiyi dərsi yaxşı mənimsəməmiz üçün əlindən gələni edirdi. Bütün şagirdlərə eyni gözlə baxır, sevgisini hər birimizlə bölüşürdü.

- Sizin üçün müəllimlik peşəsi nə deməkdir?


- Müəllim öz peşəsinin ustası olmalıdır. Müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Mənim üçün müəllimlik peşəsindən gözəl və müqəddəs peşə yoxdur. Özümü bu peşədən başqa heç bir peşədə təsəvvür edə bilmirəm.

- Hər peşənin çətinliyi var. Sizin peşənin sıxıntılı və problemli tərəfləri hansılardır?

- Hər peşənin çətinliyi var. Eləcə də müəllim peşəsinin. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir. Lakin bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Bütün bu bilikləri də yetirmələrinə aşılamaqla yanaşı, onların sevincinə sevinib, kədərinə kədərlənmək, bu həyatda onlara büdrəməməyi və ya həyatın bütün sınaqlarından üzü ağ, alnı açıq çıxmağı öyrətmək böyük səbr və ürək tələb edir. Bu da hər müəllimdə olmur. Mən sinfə qədəm qoyduğum anda bütün problemləri unuduram. Şagirdlərin gülər üzünü görəndə heç bir çətinlik yada düşmür.

- Tələbələrinizlə ideal tələbə-müəllimə münasibəti qura bilmisinizmi?

- Bu suala düzgün cavabı yəqin ki, şagirdlərim verə bilər. Bir onu bilirəm ki, şagirdlərimi doğma balalarım qədər çox sevirəm. Şagirdlərimdən biri bir gün evdə anasına deyib ki, "ana mən müəlliməmi görəndə elə bilirəm səni görürəm". Bu sözləri valideyn mənə dediyi zaman mən çox xoşbəxt oldum. Deməli şagirdlərimlə gözəl münasibət qura bilmişəm. Bütün ideal münasibətlərin kökündə səmimiyyət və güvən dəyanır. Öz şagirdlərimə də bu hissləri aşılamağa çalışıram. Aramızda səmimi münasibətlərin olduğuna inanıram.

- Bu illər ərzində yaddaşınızda iz buraxan bir əhvalat olubmu?

- Birinci il idi ki, liseydə işləyirdim. Məktəbdə vətən mövzusunda şeir müsabiqəsi keçirilirdi. Mehmet Akif Ersoyun vətən şerini bir şagirdimə bir gün ərzində öyrətdim. Müsabiqədə həmin şagird qalib oldu. Hər ikimizin sevincdən axan göz yaşlarını heç vaxt unutmaram.

- Hansı halda müəllimlikdən vaz keçərsiniz?


- Bu haqda heç fikirləşməmişəm. Nə qədər gücüm var bu peşənin çətinliyini daşıyacağam.

- Övladlarınızdan sizin peşənizi davam etdirmək istəyən varmı?

- Övladlarımda bu peşəyə həvəs görmürəm. Məncə o zaman əsl müəllim olmaq olar ki, bu peşəyə həvəs və uşaqlara sonsuz sevgi olsun.

- Hal-hazırda Respublika İdman Olimpia(RİO) liseyində işləyirsiniz. Bildiyimiz kimi burada bütün tələbələr oğlandır. Həm də idmançı... Onlarla işləmək çətin deyil ki?

- İdmançı şagirdlərlə işləmək çox maraqlıdır. Belə uşaqlar ağıllı və uzaqgörən olurlar. Onlar müəllimin bir baxışından nə demək istədiyini anlayırlar. İdmançı şagirdlərin uğurlarına onlarla birlikdə sevinmək qürur vericidir. Düşünün ki, biz bu şagirdlərə elm, savad aşılayırıq. Onlar bununla yanaşı həm də güclü idmanla məşqul olurlar. Kimi güləşçi, kimi boksçu, kimi futbolçu və s. Onların elm sahəsində qazandığı uğurla yanaşı idman sahəsində də qazandıqları uğur bir müəllim kimi hər birimizi sevindirir. Bir şagirdin dünya arenalarında qazandığı uğur, bu sənətin bütün çətinliyini unutdurur.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Bu gün, 22:28Referendum keçmişdə qaldı - Abadi Bu gün, 22:21Leyla Əliyeva Zülfiyyəni təbrik etdi Bu gün, 22:11Fransa sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb Bu gün, 21:39Azərbaycanda dekorativ balıqlar yetişdiriləcək Bu gün, 21:07"Rossiya 24" Bakıdan süjet yayımladı Bu gün, 21:05Netanyahudan Rusiyaya: İrana icazə vermərik... Bu gün, 20:51ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya Bu gün, 20:41Türkiyə hökumətindən teraktla bağlı ilk açıqlama Bu gün, 20:39İraq ordusu Kərkükdə peşmərgə heykəlini yandırdı Bu gün, 20:31Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki... Bu gün, 20:28Polis rəisinin müavinini güllələyən şəxs həbs olundu Bu gün, 19:51Ukrayna Ali Radasının qarşısında mitinq keçirənlər çadır qurmağa başlayıblar Bu gün, 18:50Türkiyədə polis avtomobili partladılıb Bu gün, 18:42Sumqayıt ərazisində 40 partlayıcı qurğu tapıldı Bu gün, 18:34“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb Bu gün, 18:22İranlı tələbəni öldürən beş nəfər həbs olunub Bu gün, 18:10"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" Bu gün, 18:01Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq Bu gün, 17:33İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi Bu gün, 17:26Manatın məzənnəsi Bu gün, 17:25Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var Bu gün, 17:09“Biz ayrı yaşasaq da, ...” - Oksana Elşad Xosedən danışdı - VİDEO Bu gün, 17:01Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..." Bu gün, 16:52Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı Bu gün, 16:43700 şirkət Kataloniyanı tərk etdi Bu gün, 16:36Dünya liderləri İlham Əliyevi təbrik etdilər Bu gün, 16:17Moskvada məktəblər boşaldıldı: Dərslər dayandırıldı Bu gün, 16:09SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi Bu gün, 15:55Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün həddi məlum oldu Bu gün, 15:43Azərbaycan bu ölkəyə 355 milyon dollar investisiya yatırdı Bu gün, 15:23Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir Bu gün, 15:05"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir" Bu gün, 14:53DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu Bu gün, 14:45Fikrət Hüseynli haqda həbs qərarı verildi Bu gün, 14:32Səfir: "Üç istiqamətdə atılacaq addımlar əlaqələrimizin inkişafına təkan verər”" Bu gün, 14:20"Sarkisyan status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır" Bu gün, 14:00"İnvestor bazasının yaradılması üzərində iş gedir" Bu gün, 13:55Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatdı Bu gün, 13:47"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..." Bu gün, 13:22"Türkiyə Dağlıq Qarabağa gedən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir