Çingiz Quliyev: “İlhamə xanım heç zaman Cenifer Lopes ola bilməzdi...”

Tet-a-tet

5 748

Çingiz Quliyev: “İlhamə xanım heç zaman Cenifer Lopes ola bilməzdi...”
VoicePres.az İnformasiya Bürosunun bu dəfəki tet-a-tet həmsöhbəti, hər zaman arxa planda qalmağa üstünlük verən, yalnız ön plandakıları bir növ səhmana salan olduqca mühüm bir sahənin nümayəndəsi stilist Çingiz Quliyevdir:

-Çingiz bəy, bildiyimiz qədəriylə siz ixtisasca inşaatçısınız, bir müddət jurnalist kimi çalışmısız və hzırda da stilist kimi çox gözəl fəaliyyət göstərirsiz. Bu qədər sahələri əhatə edib, nə üçün məhz stilistikada özünüzü tapdız? Yəni nə üçün stilist kimi fəaliyyət göstərməyə qərar verdiz?


- Bəli, əslində mən inşaat üzrə təhsil almışam. Amma bu gün əminliklə deyə bilərəm ki, mən artıq 15 ildir ki, içimdə incəsənətə olan həvəs və sevgimdən dolayı stilist sahəsində çalışıram. Demək olar ki, karyera olaraq qətt etdiyim düz 15 il mənə həm stilistliyi, həm dizaynerliyi öyrətdi.

-Bəs jurnalist kimi fəaliyyət göstərməniz necə?

-Əlbəttə, mən axı uzun zaman, hətta rəqəmlə ifadə etsək, nə az, nə çox düz 11 ildir ki, mədəniyyət xəbərləri üzrə müxtəlif qəzet və saytlarda fəaliyyət göstərmişəm. Bir ara jurnalistlik fəaliyyətimi dayandırmışdım, amma hazırda da, gördüynüz kimi yenə də, mənə doğma olan mədəniyyət sahəsinə yenidən qayıtmışam. Hesab edirəm ki, sözlərin ağılları fəth edə biləcək tərzdə yazmaq bacarığının özü də incəsənət sahəsidir. Bəlkə də, elə bu cür düşündüyüm üçün mənə jurnalistikanın mədəniyyət sahəsi çox maraqlıdır.


- Əslində məhz mədəniyyət sahəsinin insanları daha çox stilistlə işləyir. Bu baxımdan imicini dəyişmək fürsəti sizə həvalə olunmuş mədəniyyət sahəsinin tanınmış nümayəndələri varmı?


- Əlbəttə, bir çox tanınmış simalarla işləmişəm. Misal üçün tanınmış müğənni Xədicə Abbasova, Firəngiz, Nərgiz bacıları ilə bu gün də işləyirəm.

-Heç ixtisasınız üzrə çalışmağı düşünmüsünüzmü?

-İxtisasım üzrə indi çalışanlar çoxdur. Onlar arasında işinə, peşəsinə bağlı mahir ustalar və mütəxəssislər də var. Amma hesab edirəm ki, bu gün stilist peşəsində hələ də durğunluq müşahidə olunur. Mən də həmən durğunluğu aradan qaldırmaq adına öz bacarığımı nümayiş etdirməklə yanaşı insanları gözəl və mutlu edirəm. Bu da məni sevindirir.

-Bu gün Azərbaycanın şou-biznes əhli atasında ən bəyəndiyiniz stilə sahib şəxs kimdir?

-Azərbaycan şou-bizness əhli arasında stilini hər zaman bəyəndiyim İlhamə Quliyeva olub. Hazırda isə Flora Kərimovadır. Digərlərinə böyük hörmətim olsa da, etiraf edim ki, hər kəs plagiyat stil sahibidir.

-Deyirsiz hər zaman İlhamə Quliyevanın stilini bəyənmisiz. Sizcə İlhamə Quliyevanın stili müasir stillə, yəni Cenifer Lopesin stili ilə müqayisə etmək nə qədər doğru olar? Ümumiyyətlə bir stilist kimi siz stilin yaxşı olub olmamadını hansı kriteriyalarla müəyyən edirsiz?


-İlhamə xanım heç zaman Cenifer Lopes ola bilməzdi, Cenifer də İlhamə xanım ola bilməz. Stil baxımından tamamilə başqa-başqa stilləri var. Çox fərqlidir. Bir də qeyd edim ki, Cenifer gərək yenidən doğulsunki, bizim xanımlar qədər gözəl ola bilsin.

-Ümumiyyətlə sizcə şou əhli üçün stil önənli faktordurmu? Yəni stilist danışmanı olmayanla olan ulduzlar efirə çıxarkən bunu siz bir stilist kimi müəyyən edə bilirsizmi?

- Yalınız şou əhli üçün yox, bütün insanlar üçün stil çox önəmlidir. Hətta bəzi psixoloqlar bildiri ki, insanın xasiyyətini, xarakterini onun daşıdığı stillə də söyləmək olur. Yəni stil bir insan üçün şəxsiyyət vəsiqəsi qədər önəmli bir faktordur. Amma stil televiziya və ya ictimaiyyət içində çox olan şəxslər üçün daha önəmli hesab edilir. Və bu stillə tutaq ki, müəllimin və ya həkimin stilini eyniləşdirmək də doğru olmaz. Yəni stil məkana və ya daşıdığı ixtisasa, və yaxud da xarakterə görə dəyişir. Amma televiziyada hansı şou əhlinin stil uzmanı olub olmadığını adi gözlə də görmək mümkün olur. Misal üçün bir var Aygün, Röya və bir də var “marallar”...

-Sizcə stilist hər zamanmı işlədiyi adama doğru stili göstərir? Yəni yanıldığı vaxt ola bilərmi? Belə olarsa öz stilini ona həvalə etmiş şəxs nə etməlidir?

-İnsan sadəcə olaraq, özü-özünü tanımalıdır. Stilist isə bir insane əgər özünü tanıya bilmirsə, həmən insanın yerinə onu tanımaqla məşqul ola bilməz. O zaman hər dəfə bir şəklə düşən insan, mütəmadi olaraq, özünün də müəyyən edə bilmədiyi birinin axtarışında olacaq. Stilistin peşəsi nə istədiyini bilən bir şəxsi sadəcə yönəltməkdən ibarət olmalıdır.

-Stilist kimi ilk çalışdığınız və efir üçün hazırladığınız insanla işinizi xatırlayırsızmı?

-Xatırlayıram… Yadıma bir məqam düşdü. 11 il qabaq Nisə Qasımovanın və Flora Kərmovanın evində qonaq oldum çox səmimi insanlardırlar. O zaman Flora xanıma bir sual vermişdim ki, İlhamə Quliyeva ilə niyə barışmırsız? Dedi ki, İlhamə barışmaq üçün dırnaq qədər yer qoymayıb. Cox təəsüf edirəm ki, İlhamə Quliyeva küsülü həyatdan köçdü. Kim bilir, bəlkə də sağ olsaydı bu Novruzda barışardılar…

-Stili bərbad gündə olan, və ya stilist dili ilə desək bu gün də özünü axtara-axtara qalan müğənni kimdir və ona nə məsləhət görərdiz bir stilist kimi?

-Bunu qoyun deməyim. Sonra onların stilistləri məndən inciyər…

- Deməli stilisti ola-ola da bərbad gündə olmaq olurmuş…

-(Gülür) Təbii ki, bir az əvvəl axı dedim, bir şəxs hələ də nə istədiyini müəyyən edə bilmirsə və işlədiyi stilist qeyri peşəkardırsa ortaya nəticə olaraq çox gülünc bir stil çıxır.

-Ailəlisiz bildiyim qədəriylə. Eləmi?

-Bəli. İki qızım da var. Fəridə və Röya.

-Allah saxlasın! Xanımınızla harda tanış olmusuz bəs?

- O da stilistdir mənim kimi. Biz bir yerdə işləmişik...

-Siz mütəmadi olaraq qadınlarla işləyirsiz, bəs bu ailədə sizdə qısqanlığa səbəb olmur ki?

-Yox. Birincisi biz dediyim kimi hər ikimiz stilistik və işimizin nədən ibarət olduğunu bilirik. İkincisi isə bizim ailəmiz sevgi üzərində qurulub və bir-birimizə etibarımız və güvənimiz sonsuzdur.

-Bizdə olan məlumatlara görə, ölkədən getməyi planlaşdırısız. Bu nə qədər doğru informasiyadır?

-Bu haqda hələ düşünürük. Yəni xaricdən çoxlu iş təklifləri almışam. Hal-hazırda onları dəyərləndirmək üçün gözdən keçirirəm. Bilirəm vətənimi tərk etmək mənim üçün çox çətindir amma bir yerdən başlamaq da lazıdmrı axı...

-Təkliflər hansı sahə ilə bağlıdır? Jurnalistika ya stilistliklə?

-Hər ikisi ilə bağlı təkliflər var. Xaricə getməli olsam, hər ikisinində özümü sınamaq istəyərəm.

-Çox maraqlı müsahibə alındı. VoicePress.az İnformasiya bürosu adından təşəkkür edirik. Sonda iki övlad atası kimi, azad və demokratik dövlətin nümayəndəsi kimi bu gün bir ailə başçısı kimi nə istərdiz?


-Mən övladlarımı dolandırmaq üçün hər bir işi görərəm, onları ən azından çörək pülü ilə təmin edərəm. Yəni bu mənim bir atalıq borcumdur. Amma bir insanın gücü çatmadığı məsələlər də var. Misal üçün mən çox istərdim ki, dövlət mənə ev versin...


Gülçin Çinar

« Далее Vahe Avetiyan: “Sizlərin tanıdığınız erməni hakimiyyəti yerl...
Flag Counter