Əli Məsimli: "Əgər hökumət üzən məzənnəyə keçidi düzgün həyata keçirməsə..."

  • 21-12-2016, 15:55
  • 1 817
Əli Məsimli:
" Real bazarda manatın qiymətinin hansı səviyyəyə çatacağını bilsəm də, bunu deyə bilmərəm, çünki bu cəmiyyətdə ciddi ajiotja gətirib çıxarar. "

"Bu gün 200-500 manat insanın ancaq öz fizioloji mövcudluğunu qoruyub-saxlamasına bəs edir."

Bu sözləri Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi, Milli Məclisin deputatı, İqtisadiyyat elmləri namizədi Əli Məsimli VOİCEPRESS-ə müsahibəsi zamanı deyib.

- FED-in dolların uçot dərəcəsinin möhkəmləndirilməsinin qərarı Azərbaycan iqtisadiyyatına, manatın məzənnəsinə hansı təsirləri olacaq?

Azərbaycanda sistemli islahatlar aparılmayacağı təqdirdə, manat real bazarda öz qiymətini tapandan sonra da ucuzlaşması davam edəcək. Əgər sistemli islahatalar həyata keçiriləcəksə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq, əks təqdirdə, böhran davam edəcək.
FED-in dolların uçot dərəcəsinin möhkəmləndirməsi, bütün dünyadakı valyutlara nisbətdə möhkəmləndirilməsinə gətirib çıxaracaq. Bu qərar təbii ki, Azərbaycan manatına da öz təsirini göstərəcək. Bu təsir birbaşa olmasa da, psixoloji təsiri olacaq. Bu gün manatın məzənnəsində FED-in qərarı deyil, daha çox digər amillər rol oynayır. Bunlar neftdən gələn valyuta gəlirlərinin azalması ilə yanaşı, ölkədən çıxan kapital axınıdır.

- 2017-ci ildə tam üzən məzənnə rejiminin tətbiqinə başlanacaq. Doğrudurmu?

Bu, labüddür və üzən məzənnəyə keçilməlidir. Əgər hökumət üzən məzənnəyə keçidi düzgün həyata keçriməyəcəksə, bu, növbəti səhv olacaq və nəticədə bank sektorunun tam çökdürülməsinə gətirib çıxaracaq. Ölkə iqtisadiyyatında real sektorun inkişafını istəyirksə, bank sektoru sağlamlaşdırılmalı və burada ciddi islahatlar həyata keçirilməlidir. Çünki bu gün bank sektorunun fəaliyyəti real sektorunun inkişafına mane olur. Sahibkarlıqla məşğul olanlara krediti əlçatan etmək lazımdır. Odur ki, bank sektoru yenidən qurulmalıdır.

-Bank sektorunu yenidən qurmaq üçün nə etməli?

Bank sektorunu ayağa qaldımaq üçün həyata keçirilən islahatlarla paralel olaraq, istehsal sahəsinin təcili inkiaşfına nail olmaq lazımdır.
Bunun ardınca əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində əməkhaqlarının, pensiyaların və digər müavinətlərin artırılması lazımdır. Yəni, insanlaın minimum yaşayış tələbatı ödənilməlidir. Bu proseslər paralel aparılacaqsa, o zaman ölkə iqtisadiyyatında canlanma müşahidə olunacaq. Ona görə ki, istehsal-maliyyə sosial blok bir-biri ilə bağlıdır və bunlar paralel inkişaf etdirilməlidir.

-Sosial şəbəkələrdə dolların 2.50 hətta 3 AZN-ə qədər bahalaşacağı kimi xəbərlər yayılıb. Bu nə qədər realdır?

Əgər bu dediklərim olacaqsa, Azərbaycanda böhran ağrısız keçəcək. Yox, əgər iqtisadi islahatlar dediyim prinsiplər əsasənda sistemli aparılmayacaqsa, manat real bazarda öz dəyərini alsa belə, ondan sonra da mantın ucuzlaşması davam edəcək. Real bazarda manatın qiymətinin hansı səviyyəyə çatacağını bilsəm də, bunu deyə bilmərəm, çünki bu cəmiyyətdə ciddi ajiotja gətirib çıxarar. Hökumət təcili olaraq sistemli islahatlar həyata keçirməlidir. Çünki dolların bahalaşması fonunda ölkəyə idxal olunan malların qiyməti artacaq və bu da infilyasiya prosesinə ciddi təsir göstərə bilər. Baxmayaraq ki, hökumət 2017-ci ildə infilyasiyanın 7 faiz olacağını deyir, ancaq prosses belə davam edəcəksə, Azərbaycanda infilyasiya növbəti ildə ikirəqəmli ola bilər.

- Qiymətlərin bu qədər artdığı, insanların yaşayış tərzinin aşağı düşdüyü bir zamanda Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarına münasibətiniz...

Hesab edirəm ki, Tarif Şurası bir daha qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarına baxmalıdır. Çünki bu qiymətləri artımaqla hökumətin əldə edəcəyi 300 milyon manat olacaq ki, bu da elə böyük miqdar deyil.

Ancaq hökumət bunun əvəzində kölgə iqtisadiyatını 10 faiz azaldarsa, büdcəyə bundan iki dəfə çox vəsait cəlb edə bilər. Bunun üçün hökumət qazanın dibindəki “qara deşikləri” bağlamaqla, əyriliklərə son verməklə buna nail olacaq.

Yəni, burada qənaət rejimi lazımdır. Daha qənaət rejimi deyəndə sadə vətəndaşın, 200-500 manat alan vətəndaşın alıdğının qənaət rejiminə keçməsi başa düşülməməlidir.

Bu gün 200-500 manat insanın ancaq öz fizioloji mövcudluğunu qoruyub-saxlamasına bəs edir. Daha bu vəsaiti nə qədər qənaət etməlidir?! Bu yanaşma gülünc yanaşmadır və belə yanaşmalardan uzaq olmaq lazımdır.

-Tarif Şurası bu qərarı ilə insanları israfçılıqdan çəkindirdiklərini hesab edirlər...

İsrafçılığın qarşısının alınması, qənaət rejiminə keçilməsi deyiləndə ayrı-ayrı məmurların israfçılığı nəzərdə tutulmalıdır. Hansı ki, dövlətin milyonlarla, milyardlarla vəsaitini talayır və dağıdırlar. Əgər onların bu dağıdıcılığının qarşısı alınarsa, həm böhrandan çıxmaq olar, həm vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq, onların əməkhaqlarını, pensiya və digrə sosial müavinətlərini artırmaq olar.

2017-ci il Azərbaycan üçün sonuncu böhran ili olacaq. Yox, əgər sistemli islahatlar keçirilməyəcəksə, o zaman bu böhran uzana bilər.Mən istərdim ki, 2017-ci il Azərbaycan üçün sonuncu böhran ili olsun.


Aysel isgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 20:24Xurmanın insan orqanizmində yaratdığı möcüzələr Dünən, 20:11Mehriban Əliyeva: "Qaçqın və məcburi köçkünlərin problemlərinin həllində Azərbaycanın əldə etdiyi nailiyyətlər dünyada model kimi qəbul olunur" Dünən, 19:14Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb Dünən, 18:17Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib Dünən, 17:19"Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir" Dünən, 17:11İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır" Dünən, 15:20Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlandı Dünən, 15:13Hollandiyadan tarixi soyqırım qərarı Dünən, 14:15AŞPA-da SƏSVERMƏ: Aqramunt vəzifədən gedir Dünən, 13:27Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub Dünən, 13:14İsrail 3 nöqtəni bombaladı - Gərginlik artır Dünən, 12:29Çin-Hindistan sərhədində GƏRGİNLİK Dünən, 12:10Əhaliyə xəbərdarlıq: Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR Dünən, 12:0280 tondan artıq Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı Dünən, 11:32Əli Laricani Rusiyanı müdafiə etdi Dünən, 11:30376 jurnalist prezidentə etiraz etdi Dünən, 11:21Genetik müayinəsiz doğulan növbəti anomaliya... Dünən, 10:35Qızıl cüzi ucuzlaşdı Dünən, 10:24Yerli istehsal və ixracatın stimullaşdırılması Dünən, 10:13Moskva ABŞ-ı Suriya ordusunu vurmamağa çağırıb Dünən, 09:28Cəbhədən YENİ XƏBƏR Dünən, 08:44General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir Dünən, 08:39Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir Dünən, 08:07Neft bahalaşdı 26-06-2017, 18:12Stefan Lyoven: "Ölkədəki bütün keşişləri eynicinslilərin nikah mərasimini keçirməyə məcbur etmək lazımdır" 26-06-2017, 18:02Azərbaycanlı deputatdan erməni iddialarına – Sərt reaksiya 26-06-2017, 17:59"Normand dördlüyü" görüşə hazırlaşır 26-06-2017, 17:58Bakıda top mərmisi tapılıb 26-06-2017, 17:50Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir 26-06-2017, 17:43İranda neft emalı zavodunda yanğın: 100-ə yaxın yaralı var 26-06-2017, 16:48Binəli Yıldırım: "Bu sevdadan əl çək" 26-06-2017, 16:26Bayrağımız Krımda dalğalanacaq – Poroşenko söz verdi 26-06-2017, 16:04Makron Rusiyanı təcavüzkar adlandırdı 26-06-2017, 15:25"Formula 1"lə əlaqədar bağlanan mərkəzi küçələr bu axşam açılacaq 26-06-2017, 15:23Şeyx: Arzu edirəm ki, Qarabağ torpağında azan səsi gəlsin 26-06-2017, 15:20Moskvada təhlükənin sarı səviyyəsi elan edilib 26-06-2017, 15:18Millimizin futbolçusunun baş məşqçisi erməni oldu 26-06-2017, 15:10Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? 26-06-2017, 15:05Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var 26-06-2017, 14:56Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
Все новости
VİDEO
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir