UNEC alimi SABAH qruplarının İqtisad Universitetinə müsbət təsirlərini təhlil edib

  • 21-11-2016, 16:38
  • 387
UNEC alimi SABAH qruplarının İqtisad Universitetinə müsbət təsirlərini təhlil edib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru Şahin Bayramovun İsveçrədə dərc olunan “Diva International” jurnalının rəsmi saytında “Azərbaycan ali təhsilində elit qruplar” adlı məqaləsi dərc olunub.

UNEC prorektorunun məqaləsi Azərbaycan ali təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olan SABAH qrupları layihəsinin təhlilinə həsr olunub. Ş.Bayramov məqalədə SABAH layihəsini UNEC-in timsalında araşdırıb. Müəllif SABAH qruplarının UNEC-in ümumi fəaliyyətinə müsbət təsirlərini ali təhsil müəssisələrinin idarə edilməsi nəzəriyyələri arasında mühüm yer tutan Metyu Effekti (Matthew Effect) konsepsiyasını tətbiq etməklə nəzərdən keçirib.

VOİCEPRESS.AZ bildirir ki, o, SABAH tələbələrinin üçdə birinə ev sahibliyi edən və sırf iqtisad və biznes yönümlü universitet olan UNEC-in ilk iki il ərzində layihədən əhəmiyyətli faydalar əldə etdiyini vurğulayıb.

Elit qrupların idarəedilməsi məsələsinə toxunan müəllif SABAH-ın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən koordinasiya olunan vahid idarəetmə modelinə malik olduğunu bildirir. O, qeyd edir ki, Təhsil Nazirliyi ev sahibliyi edən universitetlərə birbaşa akademik, texniki və maliyyə dəstəyi göstərir. Bu baxımdan, layihə ilk olaraq, ali təhsil müəssisələrində (ATM) akademik idarəçilik və tədris proqramlarının inkişafı ilə bağlı bürokratiyanı əhəmiyyətli azaldıb. Digər tərəfdən, SABAH qrupları xətti ilə universitetlər əlavə maliyyə dəstəyi əldə etmiş olurlar.

UNEC-də SABAH tələbələrinin sayını diqqətə çatdıran müəllif yazır: “UNEC-in SABAH qruplarına qəbul ilk iki il buraya böyük marağın olduğunu gostərdi. Nəticədə, başqa universitetlərdə təhsil alan 100-dən çox tələbə UNEC tələbəsi oldu. Həm dövlət, həm də özəl ATM-dən istedadlı və perspektivli tələbələrin cəlb olunması üçün effektiv metod olmaqla yanaşı, SABAH Azərbaycan ali təhsilinin “milli brendi”nə çevrilib. Bu qruplara ən istedadlı tələbələrin cəlb olunması “bumeranq” mexanizmi kimi çalışır. Belə ki, SABAH-la bağlı seçim imkanları və tələblərin artırılması nəticədə tədris prosesinin və tələbələrin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır”.

Məqalədə UNEC-in SABAH qruplarında tədris prosesinin Harvard, Oksford, LSE və UPenn kimi qabaqcıl universitetlərin təcrübəsinə və tədris proqramına əsaslanması qeyd olunur. Demək olar ki, butun dərslər ingilis dilində tədris olunur. Tədris və idarə heyəti mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən koordinasiya olunur. Tədris heyəti əsasən, UNEC-in və başqa universitetlərin qərb təhsilli (ABŞ, Birləşmiş Krallıq, Kanada və s.) gənc müəllimlərindən ibarətdir. Eyni zamanda, bir sıra iqtisadçı ekspertlər və praktiki mütəxəssislər tədrisə cəlb olunublar. SABAH-ın mahiyyəti və missiyasına uyğun olaraq, yuksək akademik və ixtisaslaşma tələbləri baxımından UNEC SABAH qruplarında dərs demək asan deyildir. SABAH dərslərini aparmaq müvafiq ixtisas üzrə mükəmməl bilik və vərdişlərə malik olmaq, akademik mühitdə yüksək nüfuza malik olmaq deməkdir. Bu baxımdan, UNEC qabaqcıl xarici universitetlərdən tanınmış professorların da cəlbinə mühüm diqqət yetirir. Layihənin ilk iki ili ərzində 10-dan artıq xarici professor SABAH qruplarında dərs deyib. UNEC SABAH qruplarına dəvət olunan professorların digər fakültələrdə oxuyan tələbələr üçün də mühazirələr oxumasını təşkil edir.

Ş.Bayramov UNEC-in SABAH qruplarına biznes dünyasının da böyük maraq göstərdiyini önə çəkib. İki bank, bir sığorta şirkəti və bir dövlət komitəsinin dəstəyi ilə universitetdə xüsusi laboratoriyaların yaradıldığını bildirib. SABAH tələbələri burada praktiki təlimlərə cəlb olunurlar. Şirkətlərin mütəxəssisləri həmin laboratoriyalarda mütəmadi seminarlar təşkil edirlər. Müəllif SABAH-ın universitet- biznes əməkdaşlığının inkişafına töhvəsini tələbələr üçün yeni təcrübə imkanlarının yaranmasına və tədris proqramının məzmununun təkmilləşməsinə gətirib çıxarması ilə əsaslandırır.

Nəticə olaraq, alim UNEC-in milli və regional səviyyədə nüfuzunun artmasında, dünya universitetlərinin “Webometrics” reytinq sıralamasında mövqeyinin yaxşılaşmasında və bütövlükdə universitetdə tədrisin keyfiyyətinin yüksəlməsində SABAH layihəsinin mühüm rol oynaması qənaətinə gəlir.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    ABŞ səfiri BMT-də Rusiyanı xəbərdar etdi və Qarabağ məsələsini qaldırdı
    İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir
    İlham Əliyev Bruney Sultanını təbrik edib
    Qar geri qayıdır
    Aprelin 1-dən nəqliyyatda gediş haqları aşağı salınır
    Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi
    Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu
    Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq
    Makedoniya parlamentinin üzvü:
    Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
    Azərbaycan Xalça Muzeyi Binəqədi gənclərində xoş təəssürat oyadıb
    Abituriyentlərə MÜRACİƏT
    Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
    Yerevanda 2008-ci il mitinq qurbanlarının xatirəsinə yürüş keçiriləcək
    Nazir:
    Fevralın 23-nə manatın məzənnəsi
    Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    Hərbi qulluqçumuz şəhid olub
    Lavrov erməni həmkarını təltif etdi -
    ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
    Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
    Pərviz Heydərov:
    Dəvətsiz İraq və Suriyaya girənlər bu ölkələrdən çıxmalıdırlar - İran rəsmisi
    Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş xüsusi buraxılış işıq üzü görüb
    Qənirə Paşayeva:
    Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib
    Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
    Novruz Məmmədov:
    Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
    Ramil Usubov oğlunu rəis təyin etdi
    IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi
    Çində fabrikdə partlayış baş verib: 3 ölü
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir