• 16:25 – Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 12:45 – Avropa çempionumuz Dünya Kubokunun finalında 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 10:25 – Baytarlıq Xidməti xəstəliklərə görə toplandı 

Çavuşoğlunun Dağlıq Qarabağdan danışması rəsmi İrəvanı niyə narahat edir?


Ötən gün Ermənistan Parlamentinin millət vəkili Eduard Şarmazanov Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Dağlıq Qarabağ haqqında son bəyanatı ilə bağlı kəskin fikir bildirib. Erməni mətbuatının verdiyi xəbərə görə, Şarmazanov Türkiyə XİN başçısı M. Çavuşoğlunun Dağlıq Qarabağla bağlı fikirlərini tənqid edərkən, onları təhlükəli və qəbuledilməz adlandırıb:

“Türkiyənin Ermənitsanla rəsmi Ankaranın münasibətlərinin normallaşmasını Dağlıq Qarabağ məsələsinin həllinə bağlamaları qəbul edilməzdir”.
Ermənistan millət vəkili eyni zamanda yeni Ermənistan hakimiyyətinə də bununla bağlı çağırış edərək, bildirib: “Ermənistanın yeni hakimiyyəti Çavuşoğlunun bu kimi bəyanatına sərt münasibət bildirməlidir. Dağlıq Qarabağ məsələsində Türkiyənin edə biləcəyi bir iş yoxdur. Bu məsələnin çözülməsi üçün ATƏT-in Minsk Qrupu var. Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması sadəcə zaman məsələsidir. Türkiyənin Dağlıq Qarabağı Türkiyə Ermənistan münasibətlərinin normallaşması müqabilində şərt olaraq, irəli sürməsi sərt şəkildə qınanmalıdır”.

Azərbaycanın ərazi bütövlüyünün bir hissəsini tamamlayan, Dağlıq Qarabağın işğalçı Ermənistanın absurd iddiası ilə müstəqil dövlət kimi bu günə kimi tanımayan Rusiya Federasiyası var ikən, görəsən Şarmazanov Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının zaman məsələsi olduğunu nəyə əsasən deyir?

Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması yeni Ermənistan hakimiyyəti üçün indiki geosiyasi məkanda olduqca vacib məsələdir. Təcrid olunmuş dövlətcik obrazından çıxmağın yeganə çıxış yolu, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasından keçir. Bu çıxış yolunun isə Ermənistanın illərdir yürütdüyü işğalçılıq siyasətinin sonlandırılması ilə nail ola bilməsini qəbul etmək o qədər də, asan deyil. Əslində Dağlıq Qarabağ Ermənistanın yeni hakim dairəsinə lazım deyil. Amma Paşinyan hakimiyyətdə qala bilmək üçün daha əvvəlki işğalçılıq siyasətini yürütmək məcburiyyətindədir.

Çünki Paşinyanın Dağlıq Qarabağı Azərbaycana geri qaytarması və işğalçılıq siyasətindən əl çəkməsi kimi mövqe sərgiləməsi Ermənistan müxalifətində yer alan Serj Sarkisyan başda olmaqla bir sıra digər fiqurlar üçün qaçılmaz fürsətə çevrilə bilər. Belə olan halda, Paşinyan məkirli erməni siyasətini istəsə də, istəməsə də, davam etdirmək məcburiyyətindədir. Amma hakimiyyətə gələrkən iqtisadi blokadadan çıxmaq üçün əlindən gələni edəcəyinə dair söz verən, hətta öz seçki platformasını Ermənistanın iqtisadi baxımdan çiçəklənməsinə kökləyən Paşinyan bu vədlərin yerinə yetirilmə yolunun Türkiyə Ermənistan münasibətlərinin normallaşmasından asılı olduğunun da fərqindədir. Belə olan halda rəsmi Ankaranın Türkiyə Ermənistan münasibətlərinin normallaşması müqabilində Dağlıq Qarabağ məsələsinin həllini şərt qoşması, Ermənistanı əməlli başlı dalana dirəmiş olur…


Ülkər Fərmanqızı
VOICEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter