Ermənistanistandakı daxili çaxnaşmalar ikili standartlar fonunda….

Təhlil / Manşet

747

Ermənistanistandakı daxili çaxnaşmalar ikili standartlar  fonunda….

Ermənistandakı siyasi çaxnaşmalar, hakimiyyət uğrunda aparılan avantyuralar artıq rəsmi İrəvanın xarici siyasi əməkdaşlıqlarına da, yansıyır. Beləki, Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Ermənistandakı mövcud siyasi gərginliyin yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsinin həllinə də, təsir edə biləcəyindən danışıb. Lavrov qeyd edib ki, Ermənistanda geniş vüsət alan siyasi çaxnaşma heç də, yaxın gələcəkdə səngiməyəcək. Belə olan halda isə rəsmi İrəvanla ciddi olaraq hər hansısa bir məsələnin müzakirəsinin realizə olunması şübhə doğurur.

Əslində Ermənistanın qeyri adekvat xarici siyasi ambisiyalara xidmət edərək, davam etdirdiyi kursun əsas mahiyyətini anlamaq yalnız Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov üçün çaşqınlığa səbəb deyil. Belə ki, ötən gün Ermənistanın Rusiya Federasiyasındakı səlahiyyətli səfiri Vardan Taqonyan Türkiyə rəhbərliyinə Ermənistan Türkiyə sərhədinin açılması üçün çağırış edərək, Ermənistan Türkiyə arasındakı məsələnin Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlanmasının absurd olduğunu söyləmişdi. Bu gün isə Fransa-ErmənistanDöstluq Qrupunun üzvü olan fransalı millət vəkili Lyuk Karvanus 11 noyabr tarixində Birinci Dünya Müharibəsinin 100 illik yubileyi ilə əlaqədar, Parisdə keçiriləcəyi nəzərdə tutulan toplantıya Fransa Respublikasının prezidenti Fransua Makrona səslənərək, Türkiyə Cumhuriyyəti Prezidenti RəcəbTayib Ərdoğanın dəvətini geri çəkməsini xahiş edib. Onun sözlərinə görə, Ərdoğanın rəsmi Parisin dəvəti ilə Fransada, tədbirdə iştirakı birmənalı olaraq, Qondarma Erməni Soyqırımına qarşı bir hörmətsizlik kimi qəbul edilə bilərmiş.

Bundan əvvəl fransızdilli ölkələrdə “Frankfone zirvəsi” bayramının keçirilməsi gərəkdiyi halda, bu bayram nədənsə Ermənistanda keçirildi. Özüdə, elə belə gündə yox, məhz 29 oktyabr tarixində. Türkiyənin müstəqillik gününün qeyd edildiyi, Zəngilanın işğalda olmasının il dönümünə təsadüf etdi. Fransa prezidenti Makron da, Paşinyanla Azərbaycan musiqisi sədaları altında əl qaldırıb rəqsdə, etdi. Fransa Prezidenti
işğal altında olan yerlerədə gedir, Qondarma Erməni Soyqrımı abidəsinə əklil qoyub, üstəlik bir ehtiramla erməni yalanına baş da əyir.
Amma nədənsə həmin fransalı millət vəkili bu məqamın Türkiyə və Azərbaycana qarşı hörmətsizlik olmasından danışmır. Bundan başqa Belçika parlamentinin deputatı Jan-Jak Flaunun rəhbərliyi ilə bir qrup belçikalı deputatın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər etməsi, Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşmələri, əslində dünya birliyinin haqsızlığa, işğala qarşı susması ilə yanaşı Ermənistanın da, gözlərini yaman qamaşdırıb...

Görünür Qərbin sərgilədiyi ikili standartlar Ermənistanı maqnit effekti ilə özünə sarı çəkdikcə, rəsmi İrəvanda Rusiyadan qopma prosesi olduqca sarsıdıcı və dağıdıcı nəticələrlə özünü göstərməyə davam edəcək. Məsələn Ermənistanın müdafiə naziri David Tanoyan artıq KTMT-nin təlimləri ilə bağlı Yekaterinburqa deyil, Livana və ya Rusiyanın müstəqilliyini bu günə kimi tanımadığı Kosovaya getəməsinin özüdə, Ermənistanın həm xarici, həm daxili proseslərdə Ukrayna hadisələrini tezliklə təkrarlayacağını istisna etmir...




Ülkər Musazadə
VOİCEPRESS.AZ

Ранее » Zəngilanın işğal günündə Ermənistanda Makronun iştirakı ilə...