Zəngilanın işğal günündə Ermənistanda Makronun iştirakı ilə ziyafət

Təhlil / Manşet

981

Zəngilanın işğal günündə Ermənistanda Makronun iştirakı ilə ziyafət
Dağlıq Qarabağ məsələsi görəsən beynəlxalq danışıqların və ya doğru desək dövlətlərarası münasibətlərin inkişafında nə üçün bu qədər həlledici bir məsələyə çevrilməkdədir? ATƏT-in Minsk Qrupunun qış yuxusuna qərq olan sükutunu pozsaq da, qeyd etməliyik ki, Dağlıq Qarabağ məsələsi rəsmi İrəvan tərəfindən Status-Kvonun qorunub saxlanmasına xitab edən görüntü ilə boyanmasına baxmayaraq, erməni məkirli siyasi ambisiyalarını dünya ölkələrində fəaliyyət göstərən dini yollarla yürütməyə çalışır.

Bu günlərdə Yunanıstan və Fransa dini xadimlərinin, kilsə keşişlərinin Dağlıq Qarabağa ardı arası kəsilməyən ziyarətləri, həmin dini xadimlər tərəfindən Dağlıq Qarabağın respublika kimi tanınması məsələsinin qeyd edilən ölkələrdə rəsmən qəbul etdirilməsi yönündə səy göstərmələri gözümüzdən qaçmayan məqamlardandır. Dinin belə məkirli siyasi ambisiyalara xidmət edən təbliğat maşını kimi istifadə edilməsi, əslində tarixin sərhədsiz falsifikasiyası olmaqla yanaşı tarixi bilgilərin qətliamı kimi də, qələmə verilməlidir.

Oktyabr ayında Ermənistanı yaxından uzaqdan əlaqaqədar etməsə də, Fransa prezidenti Makronun iştirakı ilə İrəvanda fransızdillilərin “Frankfone zirvəsi” bayram şənliyində Paşinyanla bərabər Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi də, elə həmin ambisiyalara xidmət edən məqamlardan idi. Çünki həmin ziyafətin əsas qayəsi Azərbaycan və Türkiyə əleyhinə fikirlərin səsləndirilməsindən ibarət olub. Beynəlxalq hüququn qəbul etdiyi “işğal altında” statusu mövcud olsa da, Dağlıq Qarabağa ziyarətlər də, təşkil edilib.

Minsk qrupu isə hələ də “Status-Kvo” yuxusundadır. Ayıq vaxtını görən olmadı ki, bu biganə münasibətindən xəbər alan da, ola. Cəbhə xəttində gərginlik baş verəndə oyanıb, bir qədər “monitorin-monitorinq”deyib, yenidən yuxuya dalmaqdan başqa bir iş gördüyü də, yoxdur...

Hitlerin Təbliğat naziri Qoebbelsin alman, daha da, çox Avropa psixologiyasına görə, çox müdrük bir sözü var: “Önəmli olan birlik və təşkilatlar deyil. Önəmli olan kütlələrdir. Çünki kütləni aldatmaq çox asandır”. 1941-45 də, Qoebbelsin fikrləri bu gün Minsk Qrupunun həmsədrlərinin və həmsədr dövlətlərin fəaliyyət istiqamətinə çevirilib. Bir böyük fərq ondan ibarətdir ki, Qoebbels kütlənin aldadılmasından danışıb, dünya birliyinin deyil.
Digər baxımdan regionda Dağlıq Qarabağ kimi müharibə ocağına belə qeyri obyektiv yanaşma birmənalı olaraq hələ də, “İslamafobiya” və “Türkefobiya”nın var olmasından irəli gəlir.

Gəlin razılaşaq ki, bu gün beynəlxalq münasibətlər, xarici əlaqələr dini qurumlarla eyniləşdirilə bilməz. Din arası beynəlxalq münasibətlər dünya ictimaiyyəti arasında bir dövlətin xarici əlaqələri hesab edilmir. Amma beynəlxalq dini əlaqələr xarici əlaqələrə birmənalı olaraq təsir etmə gücünə malikdir. Bu rəsmi olaraq öz təsdiqini tapmasa da, dinin bu kimi xüsuslarına gərəkdiyində müraciət edilir. Ermənilər də, indi beynəlxalq arenada “Status-Kvo”, beynəlxalq dini yolla isə məkirli siyasi ambisiyalara xidmət edən sil-silə “beyin yuma” əməliyyatlarına davam etdirirlər.

Bunun ardından isə, Ermənistanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vardan Taqonyan Türkiyə-Ermənistan sərhədini “Berlin divarı ilə müqayisə edib. Erməni səfiri Türkiyə tərəfinin sərhədin açılmasını geosiyasi məsələnin tərkibinə daxil etməsindən narzıymış. Taqonyanın Türkiyə tərəfinə qarşı ultimatum xarakterli sərhədlərin açılması ilə bağlı fikirləri belə əslində qeyri konstruktiv yanaşma tərzindən başqa bir şey deyil: “Türkiyədə gec ya tez anlayacaqlar ki, Ermənistanla mehriban qonuşuluq siyasəti məhz onların marağındadır. Bu gün bağlı olan sərhədin müəllifi Türkiyədir. Sərhədin açılmasını Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlamaq absuddur...”

Məsələyə olan yalnış yanaşmaya baxın! Türkiyə Azərbaycandan yana münasibətini ortaya qoyaraq, Dağlıq Qarabağın həlli olmadan Ermənistanla diplomatik münasibətləri ciddi qəbul etməməsi, erməniyə görə absurddur. Amma necə olursa, Rusiyanın, Yunanıstanın, Fransanın və digər beynəlxalq hüquqdan dəm vurub, beynəlxalq hüququ tapdayaraq “işğal” zonası kimi qəbul edilən konvensiyaya məhəl qoymadan Dağlıq Qarabağa səfər ardınca səfər etmələri erməni təfəkkürü ilə mükəmməl siyasi manevr hesab edilir?

Fransa lideri Qondarma Erməni Soyqrım abidəsi önünə əklil qoyub, hələ bir erməni yalanına ehtiramla baş əyib salam da, verir. Hələ Türkiyə başbakanı R. T. Ərdoğanla əl sıxışıb, birbaşa həmin qondarma abidəyə çiçək qoymağa gedən Almaniya konsleri Merkeldən danışmırıq.
Dünyanın gözü önündə tarix saxtalaşdırılır. Amma hər kəs bunu tarixi bir olay kimi deyil, adi və olması gərəkən bir məsələ kimi qəbul edir.
Eynən Qoebbelsin daha bir kəlamında deyildiyi kimi: “Mən vicdansız bir media verin, mən sizə bilgisiz xalq verim”. Eynən həmin siyasi psixoloji yanaşmadır. Sadəcə obyekt indi daha geniş formatda götürülüb. Ermənilər də, “vicdansızca bir beynəlxalq təbliğat alanı yaradıb, tarixsiz ve keçmişsiz erməni idealogiyasını güclə sırımaqla məşquldurlar”.

Erməninin AGOS nəşri əbəs yerə Azərbaycanın “Ağrı dağını” “Ararat” deyə adlandırmazdı və ya 29 oktyabr Zəngilanın işğal günündə Makron Ermənistanda Paşinyanla əl qaldırıb rəqs də, etməzdi...

Görünən odur ki, Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə dayanaraq, hər bir ölkə ilə hümanist mövqedən çıxış etdikcə, bu tendensiya fərqli anlaşılır. Bu isə bizə birmənalı olaraq, ona əsas verir ki, erməninin siyasi iqnorunun sonu heç də, sülhlə nəticələnməyəcək. Bu formatı erməninin yeni rəhbərliyi nə qədər tez qəbul etsə, bir o qədər yaxşı olar...


Paşinyanla Makronun Zəngilanın işğal günüdə Azərbaycan rəqs havalarında rəqsi




Ü. Musazadə
VOİCEPRESS.AZ

Ранее » Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə d...« Далее Ermənistanistandakı daxili çaxnaşmalar ikili standartlar fonunda...