Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə də, onlardan çox şey öyrənməliyik”

Təhlil / Manşet

1 530

Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə də, onlardan çox şey öyrənməliyik”

Qardaş Türkiyənin Mersin şəhəri Ərdəmli Bələdiyyəsinin təşkilatçılığı ilə 10-dan çox ölkənin mətbuat rəhbəri və jurnalistlərinin təmsil olunduğu “Qızqalası Media Günləri” mövzusunda 4-cü konfrans keçirildi. Dəvətlilər arasında Azərbaycandan Reaksiya TV, Aznews.az saytı və VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosu təmsil olunurdu.

Türkiyənin yerli ən nüfuzlu nəşrləri və televiziyalarında təmsil olunan tanınmış jurnalistlər də, iştirak edirdi. TRT Xəbər Aparıcısı Zafer Kiraz, Bengütürk TV və AlpTürk TV Yayımın baş rejisyoru və jurnalisti Metin Özkan, TRT və TRT İdman TV Aparıcısı Ərdoğan Arıkanın iştirakı ilə yerli mətbuatın iqtisadi çətinlikləri ilə yanaşı beynəlxalq jurnalistikadakı mövcud problemlər müzakirə olundu.

Qeyd edim ki, eyni ilə Azərbaycanda mövcud mətbuat problemlərini Türkiyə mətbuatında da, müşahidə etmək mümkün idi. Müzakirələr zamanı Türkiyə mediasının tanınmış jurnalistləri olduqca maraqlı çıxışlar etdilər. Azad media və mediada iqtisadi problemlər” məsələsi həm yerli, həm də beynəlxalq mətbuat sahəsinin ən böyük çözülməyən məsələlərindən idi. Zəfər Kirazın sözlərinə görə, iqtisadi baxımdan təmin olunmayan media orqanı heç bir halda azad olduğunu deməməlidir. Əslində bu məsələ mənim üçün mübahisəli məsələ idi. Ta ki, Zəfər Kirazı dinlməyənə qədər.

Mənə görə, əgər bir mətbu orqanın heç bir yerdən maddi dəstəyi yoxdursa, deməli o azaddır. Amma Zəfər Kirazın sözlərinə görə, birisi sizin qəzeti sabah tam olaraq onun maddi vəsaiti qarşılığında sifarişlərinə əsasən dərcə hazırlanmasını istəsəydi, iqtisadi baxımdan təmin olunmayan bir mətbuat kimi ofis xərclərini və çalışan jurnalistlərin əmək haqlarını qarşılamaq üçün mütləq sürətdə bu təklifi qəbul etmək məcburiyyətində qala bilərsən. Belə olan halda sənin mətbuatın azaddırmı? Və ya azad mətbuat dediyin, hər kəs üçün eyni olmağı gərəkdirmirmi?

Belə isə nə üçün bir çox mətbuat nümayəndələri dost və tanışlarındakı nöqsanlardan deyil, kənar şəxslərin eyni qüsurlarını elə “azad mətbuat” devizi altında işıqlandırmaqdan çəkinmir? Ayrıseçkilik qoyan mətbuat heç bir halda Zəfər Kirazın sözlərinə görə, azad media orqanı hesab edilə bilməz.
Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə də, onlardan çox şey öyrənməliyik”
Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə də, onlardan çox şey öyrənməliyik”
Bu kimi fikirlərin böyük əksəriyyəti elə bizim yerli mətbuatda da, müşahidə edilən məqamlardandır. Zəfər Kirazın baxış nöqtəsi ilə Azərbaycan mediasına baxanda, adam heç barmaqla sayılacaq qədər azad media tapmaqda çətinlik çəkir. Bu Avropa standartlarına uyğunlaşan, Avropa mətbuat siyasəti ilə uzalaşmaya səy göstərərək, Türkiyə mətbuatının media və onun problemlərinə olan bir nəzər nöqtəsi idi.

Deməli biz sovet dönəmindən qalmış media siyasəti təxəyyülündən və formatından çıxmalıyıq. Zərdabinin əsasını qoyduğu mətbuatı qoruyub saxlayaq deməklə, biz onu nə geri qaytara biləcəyik, nə də deformasiyaya uğrataraq, mövcud reket jurnalistikası ilə tarixi media ənənəmizin olmasına da maneə yaradacağıq. Onun üçün biz mütləq sürətdə Zərdabinin bizə qoyub getdiyi mətbuatımızı tarixi ərmağan olaraq, sadəcə zaman-zaman örnək götürmək şərti ilə qoruyub saxlamaq məcburiyyətindəyik. Sovet formatı olan mətbuat kriteriyalarından da, əgər biz Avropa standartlarındam dəm vururuqsa, birmənalı olaraq, biz artıq imtina etməliyik. Bu format jurnalistləri mövcud dünya mediası formatı ilə uzlaşmasına maneə yaradır. Bütün bu nüansları Mersin səyahəti zamanı tanınmış Türkiyə junalistləri ilə apardığımız müzakirələr sayəsində əldə etmək şansına nail olduq.

Türkiyə Bələdiyyəsi kimi bələdiyyələrimiz olsaydı...

Xaricə cox gedrik bu arada. Ama bu səfərlərdə insan dövlət rəhbərimizin dediyi kimi, yaxşı nə varsa dövlətimizə, evimiz Azərbaycana gətirmək istəyirik. Türkiyənin bələdiyyə başkanının dövləti və xalqı üçün etdiklərinə sadəcə seyrici qalmaq, insana mənəvi baxımdan verilən ən böyük cəza olsun gərək. Əslində qardaş Türkiyənin bu kimi nəaliyyətləri insanı fərəhləndirir. Amma bizdə adı var özü və fəaliyyəti gözlə görülməyən bələdiyyənin Türkiyədəki kimi dövlət səviyyəsində yerli və beynəlxalq səviyyədə media tədbirlərinin təşkil etməsini görəndə, şəhər və rayonları üçün bələdiyyənin əlindən gələni əsirgəməməsini görəndə “nə üçün bizdə bunu edən yoxdur?” ,- deməyə də, bilmirsən...

Azərbaycan adından mən də çıxış etdim. Çıxışım zamanı bu məsələni elə Ərdəmli bələdiyyə başkanına etiraf da, etdim. Dedim ki, Azərbaycanda bələdiyyə yeni qurulub. Amma inanırıq ki, gələcəkdə bizim də, bələdiyyə orqanları sizin kimi çalışacaqlar... Daha sonra VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun yalnız xəbər yetişdirmək və yayınlamaq kimi fəaliyyət tendensiyalardan başqa Azərbaycana gələn əcnəbi tələbələrə təmənnsız Türk dilinin tədrisini həyata keçirməsini də, bildirdik. 300-ə yaxın dünyanın hər bir ucundan-bucağından gələn jurnalistlərin mənim bu sözümü alqışlamaları əslində kiçik həcmli çıxışıma verilən az və öz qiymət idi.

Mersin səfəri çərçivəsində VOİCEPRESS.AZ-ın fəaliyyət sahəsi genişləndi

VOİCEPRESS.AZ bu səfər çərçivəsində Belçika, Almanya və Fransa mətbuatına çıxış əldə etmək imkanına nail olundu. Qardaş Türkiyəyə hər səfərimizin bir qatqıda olması bizi ziyadəsi ilə sevindirir. Onlarla Türkiyənin yerli qəzeti ilə iş birliyinə start verməyə müvəffəq olduq.


Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə də, onlardan çox şey öyrənməliyik”
Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə də, onlardan çox şey öyrənməliyik”





VOİCEPRESS.AZ


Ранее » Gözümüzdən qaçan məqamlar...« Далее Zəngilanın işğal günündə Ermənistanda Makronun iştirakı ilə...