Gözümüzdən qaçan məqamlar...

Təhlil / Manşet

2 115

Gözümüzdən qaçan məqamlar...

Beynəlxalq Barış günü ötən gün BMT-də qeyd edildi. İşğala qarşı qəbul etdiyi qətnamələrin icrasını belə tələb etmək iqtidarında olmayan bir qurumda görəsən barış günü necə qeyd olunur? Maraqlı tendensiyadır. BMT-dəki barış tədbirində məlumata görə, çox sayda diplomat və Hollivud ulduzları iştirak edib. Əslində son zamanlar Beynəlxalq siyasi birliklərin sıralarında mütəmadi Hollivud ulduzlarının iştirakı diqqətdən yayınmayan məqamlardandır. Siyasi baxımdan sözünün kəsəri olmayan beynəlxalq siyasi qurumların görünür şouya böyük maraqları var. Bəlkə də, sözünün kəsəri olmayıb, ama siyasi baxımdan çox atlanıb düşən beynəlxalq siyasi təşkilatların, əslində elə sadəcə adı var, özü yox.

Gəlin razılaşaq ki, bu gün Avropa Birliyi də, BMT-də, elə bir NATO da, ümumilikdə hər bir təşkilatın sözdə qınadığı rəsmi Vaşinqtonun verdiyi qərarlara əsasən idarə olunur. Sülhdən dəm vurub, barışı təmtəraqla qeyd edən BMT görəsən son bir həftə içində İsrailin İrana müharibə ultimatumlarını, ABŞ-ın S -400 ün Rusiyadan satın alan dövlətlərə qarşı sanksiyalar tətbiqinə, ərəb ölkələrində baş verən kütləvi uşaq və dinc əhalinin qətliamları, Türk dölətlərinə qarşı etnik təmizləmə siyasətinin açıq-aşkar aparılmasına heç bir reaksiya vermək iqtidarında olmadan barış gününü necə qeyd edə bildi? Vallah, bu dəmdən sonra, BMT-yə Hollivud şou ulduzlarının “Oskar” mükafatını verməsinə belə, qəti təəcüblənməmək gərəkir... Bu da, bizlərin elə həmin qurumun Təhlükəsizlik Şurasında işğalçı Ermənistanla bərabər təmsil olunduğumuz BMT-nin əsil çalışma prinsipi.

“Siyasi tarzan” ləqəbli baş nazirin qorxusu...

ABŞ və Çin prezidentlərinin türk demişkən olağın üstü ağıl və cəsarət nümayişləri sözün əsil mənasında böyük siyasi göstərişlərini örnək alıb, onların yerişi ilə yerimək istəyən kiçik dövlətciklərin bu cəhdləri, həqiqətən gülüş doğurur. Söhbət illərdir Rusiyanın “çanta daşıyanı” hesab edilən forpost Ermənistanın “siyasi tarzan” ləqəbi ilə tanınan baş nazir Nikol Paşinyandan gedir.

Deməli bu günə kimi, rəsmi Moskvanın əl altısı olan və olmağa davam edən rəsmi İrəvan rusu bəyənmir. Rusiyaya görə adam olub, rusla ultimatumla danışan, hər yerdən təcrid olunmasına baxmayaraq hələ də, dünya birliyi qarşısında heç bir sanksiyaya məruz qalmadan işğalçılıq siyasətini yürütməsinə baxmayaraq, Azərbycanın KTMT-də təmsil olunmasına “veto” qoya biləcək hünərindən ağız dolusu danışaraq, Rusiyanı təhdit etməyə qalxması kimi qeyri adekvat hərəkətləri və düşünülməmiş bəyanatları yalnız ictimaiyyətin qınağına səbəb olmur.

Ümid edək ki, rəsmi Mokva Ermənistanın uzun illər Azərbaycanla qonşuluq və 70 illik Sovet bayrağı altında birgə yaşama təcrübəsini keçməsinə baxmayaraq, Xocalı kimi azərbaycanlıların qanını axıda bilməsini nəzərə alaraq, Ermənistanın indi Rusiyaya qarşı sərgilədiyi anti rus təbliğatının nələr vəd edə bilcəyinə fikir verər.
Rusun erməni satqınçılığına Gümridəki hərbi bazasına görə göz yumacağını ümid edən Ermənistan rusun qorxusuna yaxşı bələddir. Rəsmi İrəvan Rusiyanın Ermənistanı da, Gürcüstan kimi əlindən vermək istəmədiyini, Rusiya üçün Cənubi Qafqazın nə qədər önəm daşıdığını yaxşı bilir. Bütün bunlara rəğmən Rusiyanın mövcud durumda elə manevr etməsi gərəkir ki, Ermənistan yenidən qaydasız döyüşdəki kimi, tabe vəziyyətini alsın.

Bunun isə yeganə yolu Dağlıq Qarabağ məsələsində Rusiyanın Azərbaycandan yana mövqe sərgiləməsi ola bilər. İndiki şəraitdə, ilkin olaraq 7 rayonun Azərbaycana qaytarılması məsələsi ilə ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsərdi öz çıxışlarına başlmalıdır. Bu çıxışlar isə birmənalı olaraq öz əksini reallıqda əks etdirməlidir. Ermənistan sadəcə iqtisadi baxımdan deyil, siyasi baxımdan da, Rusu itirdiyini anlamasa, rəsmi Moskva Ermənistanı Qərbin Cənubi Qafqazdakı prinsiplərinə təslim etmiş olacaq.

Hər həs fərqindədir ki, Ermənistan yırtıcı heyvanların ovladığı ovu sonda dimdikləyən qarğalar kimidir. Onlar üçün ovun kim tərəfindən ovlandığı önəmli deyil, yetər ki, “ov” olsun və “təmənnasız” olsun. İndi illərdir rəsmi İrəvana həmin sözü gedən “ov”u Rusiya verirdisə, bu gündən sonra Qərb və ya ABŞ təklif edərsə, Ermənistan o yeni ovlara üstünlük verəcəkdir. Belə olan halda ən uyğun variant Rusiyanın Ermənistanın özünü həqiqətən ovlanması üçün tədbir görməlidir. Bunun üçün siyasi tələ rolunu Dağlıq Qarabağ məsələsi oynaya bilər. Rəsmi Moskva isə bu mövqeyini rəsmi şəkildə Türkiyə Azərbaycan və Rusiya üçli alinasının yaranmasına dəstək devizi altında sərgiləməlidir. Belə ki, rəsmi Moskva belə olan halda siyasi baxımdan heç nə itirməyəcək, əksinə Ermənistanın onu daim dinləyən və itaət edən forpostuna yenidən qayıdışına nail olacaq...



Ülkər Musazadə

VOİCEPRESS.AZ

Ранее » Merkel, görəsən erməni zindanında iki azərbaycanlı və Türk ...« Далее Qardaş Türkiyədə də eyni media problemləri var: “Amma yenə d...