Aramızda nə çox erməniyə bənzəyənlər var imiş?

Təhlil / Köşə yazıları / Manşet

2 943

Aramızda nə çox erməniyə bənzəyənlər var imiş?

Dünən Xocalıdan dəm vuranlar, bu gün erməniyə dayı deyir, üstəlik minlərlə şəhidi, qaçqın və məcburi köçkünü olan Azərbaycana erməniləri qonaq çağırmağa belə cürət edirlər. Əkrəm Əylislini Vətən xaini ediriksə, gündə bir ermənini qoltuğuna vurub, Bakıya gətirən sayılıb-seçilən bəzi insanları niyə göz ardı edirik? Hansı məsəbbə qulluq etdiyimizdən əvvəl axı gərək özümüz baş çıxaraq, sonra Avropa Parlament Assambleyasında, BMT-də Azərbaycan həqiqətlərindən danışaq...

Gör nə günə qalmışıq ki, erməninin Paşinyan kimi təlxək prezidenti də, Azərbaycanla ultimatumla danışır, rusa eks müdafiə naziri Artunyanın ekstradsiya edilmədiyi halda Azərbaycanı KTMT-dəki üzvlüyünə veto qoyacağını bildirir... Bizim bəzi “politoloqları”mıza bu sualı versələr birbaşa rusu, günahlandıracaqlar. Vallah bəzilərinin imkanı olsa Arktikadakı ağ ayıları da günahlandırar, təki öz qəbahətini, özlərinin erməni düşkünü olmalarını ört-bastır etsinlər.

Hüquq müdafiəçilərimiz üçüncü dövlət axtarışı ilə Azərbaycana diversiya üçün sızan ermənini müdafiə edir, Politoloqumuz ermənini Azərbaycana qonaq çağırır. Xalq artistimiz, ziyalılarımız “Avronest”- sülh təşkilatı adı altında gündə bir ermənini Bakıya gətirir... Bəzi saytlar erməniyə saytında iş verir, mətbuatında erməni qələmnin yazması ilə qüruru duyur, Rusiyada yaşayan soydaşlarımız ermənilərlə can bir qəlb olduqlarını sosial şəbəkələrdə belə gizlətmir... İndi siz deyin, hansı beynəlxalq təşkilat Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu və torpaqlarımızı cənab Prezident demişkən “heç bir halda düşmənə güzəştə getməyəcəyimiz”ə inanar axı?

Lətifəyə görə, dahi Ömər Xəyyama bir gün bir insan müraciət edir və bildiri ki, o hər kəsə yaxşılıq etsə də, hər dəfə məkirliklə qarşılaşır. Gördüyü yaxşı əməllərini, düşmənə belə etdiyi hörmət və sayqını bir-bir Ömər Xəyyama anlatır. Şair sona qədər dinləyib, qapını açır və deyir: “Əynindən libasını çıxart və küçəyə çıx!” İnsan təəcüblə baxır və utandığını bildrir: “Mən insanlar içində lüt necə dolaşım? Utanc vericidir axı”.

Ömər Xəyyam gülür və deyir: “Geyimsiz gəzmək utanc vericidir? Bəs niyə qəlbini soyunub hər kəsin önündə gəzirsən? Elə ona görə də, heç kəs sənin qiymətini bilmir...”
Biz erməni vəhşiliyindən dəm vurub, sonra ermənini evimizə, Azərbaycanımıza qonaq çağırırıq. Biz qəlbimizi Ömər Xəyyamın lətifəsindəki o insan kimi Rusiyanın, İranın, Qərbin və digər siyasi beynəlxalq dairələrin önündə soyunub, bütün çılpaqlığı ilə türk demişkən əlimizdəki kozları düşmənimizlə paylaşıb, sonra hansı ədalətdən, Şuşadan, Xankəndindən danışmağa cürət edirik?

Ötən il Xankəndinin rəsmini biz erməni saytlarından görə bildik. Xankəndinin dili olsa, erməni ilə Bakıda qonaqlıq edənlərin simasına bir parça tüpürər. Xankəndindən Xocalıya boylanan, bəzi vaxtsa Azərbaycanlıların qanı su kimi axıdılan o yolda erməni bayrağının dalğalanmasına göz yumanlar, görəsən nə üçün emu quşu kimi başlarını quma basdırıb, dövlət əleyhinə fəaliyyət göstərməkdədirlər?

Ötən gün Cəbrayıllılar redaksiyaya müraciət edir ki, Şəhidlər Xiyabanı önündə “Biz ermənidən qisasımızı alacağıq” kimi şüarların səsləndirilməsinə bizim polislər izin verməyib. Erməni deputatlar Bakıya səfər edəndə etirazçıların erməni bayrağını yandırmasına qarşı çıxan da, elə polislərimiz idi. Zəhranı qətlə yetirən erməni terrorçuları idisə,erməni qadınları da, həmən gün İrəvan küçələrində “Bütün türk cocuklarının qanı belə axıdılmalıdır” devizi altında aksiya keçirirdi axı. Bunu bizim polislər də, Avronestdən dəm vuran erməni ilə sülh düşkünü olanlar da, bilir, amma görünür xaricdən aldıqları “qrantlar” milli-mənəvi dəyərlərdən daha dəyərlidir...
Polis deyir danışma, mən yazıramsa, Avronestin sülh quşlarından xəbər gəlir ki, yazma... “Şəhidlər Xiyabanı”nı etmişik karvansara... Erməni kimi vəhşi məxluqatı belə gətirib müqəddəs şəhidləri murdarlamaqda görəsən məqsədimiz nədir? Soracaqsan, deyəcəklər ki, erməni xoş niyyətlə gəlib, biz sülh yolu ilə həlldən danışırıq... Bunların hamısı rus demişkən qulaqlarımızdan əriştə asmağa bənzəyir...

Maraqlısı odur ki, bu duruma nə dövlətin milli təhlükəsizlik xidməti, nə xarici işlər nazirliyi, nə də, diaspora komitəsi heç bir reaksiya vermir.

Diaspora məncə elə buradan başlamalıdır. Dövlət daxilinə erməninin girişinə qadağa qoyulmalıdır. İdmançısından tutmuş, atasından, anasından küsən erməniləri də, gətirirlər Vətənə. Belə erməni ilə dostluğa meyillisinizsə, gedib bir Dilqəmdən və Şahbazdan xəbər bilin heç olmasa... Axı bu neçə ili hələ hey erməni sizdən öz diversiyaları üçün istifadə etdi... Siz də ki, maşallah Xocalı kimi soyqırımı yaşayan xalqına, bir ordu şəhidinə rəğmən, erməni ilə bir masa arxasında çörək kəsirsiniz...
Papağımızı qarşımıza qoyub düşünməliyik. Görəsən bizimkilər hansı məssəbə qulluq edir? Erməniyə dayı deyə-deyə, onu işğalçı adlandırmağımızın adı, adam ələ salmaqdan başqa bir şey deyil...

Bizimkilər erməni ilə evci-evci oynayıb, qonaqlıq verəndə Paşinyan Rusiyada Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan etdi... İndi baxın, forpost, hər şeydən təcrid olunmuş, bəyənmədiyimiz rəsmi İrəvana və erməni ilə evci-evci oynayan bizim üzdəniraq ziyalılara... Adamın lap gülməyi yox, alamağı gəlir...

Sitatın sonu.




Ü. Musazadə
VOİCEPRESS.AZ