Tramp Putinin imicini darmadağın etdi

Təhlil

8 253

Tramp Putinin imicini darmadağın etdi
Putin xələfləri Qorbaçov və Yeltsindən fərqli olaraq, hakimiyyətə "парень рубаха" imicində gəlib və 20 ilə yaxındır ki, dünyanın ərazi baxımından ən böyük ölkəsini bu imiclə də idarə edir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli ABŞ-ın müttəfiqləri ilə birlikdə Suriyanı vurmasına münasibət bildirərkən qeyd edib. O bildirib ki, bu, Suriyaya qarşı bundan əvvəlki raket zərbələrindən daha genişmiqyaslı əməliyyat idi:

"Ruslar iddia edirlər ki, əsədçilər koalisiyanın əksər raketlərini vurub. Amma vurulan raketlərin birinin də fotofaktı yoxdur. Bu zərbələr davam etməyəcəksə, deməli, sadəcə, Tramp verdiyi açıqlamaların doğru olduğunu sübut etmək istədi. Öz imicini qorudu. Ancaq əgər zərbələr davam edərsə, onda Putin öz imicini qorumaq üçün dərhal cavab verməlidir. Əks halda Putinin nüfuzuna beynəlxalq, ən əsası da daxili auditoriyada ciddi xələl gələcək". Politoloq vurğulayıb ki, bəlkə də ilk dəfədir ki, Putinə bu imici ziyan vurmağa başlayıb: "Bu vəziyyətdən Putini ancaq Tramp xilas edə bilər. Lakin məsələ burasındadır ki, Putindən fərqli olaraq, Tramp ölkəsində qərarları tək vermir. Yəni hər iki halda, tamama ya davama "парень рубаха" hazır olmalıdır". Qeyd edək ki, Prezident Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.

VOİCEPRESS.AZ


Ранее » Xalqın milli sərvətinə çevrilmiş insan