Vətənpərvər olmaq asandırmı?

Təhlil / Manşet

981

Vətənpərvər olmaq asandırmı?


Rusiya nəhəng çoxmillətli dövlətdir. Əhalisinin çoxu sovet dönəminin nümayəndələridir.


Hər kəsin dilində Rusiyanın dövlət himninin sözləridir: “Dağılmaz və azad respublikaların birliyi...” Biz hamımız, bu və ya başqa mənada öz ölkəmizin vətənpərvərləriyik. Lakin bir çoxları bu vətənpərvərliyi öz daxilində qapalı saxlayır. Bəziləri isə öz mövqeyini açıq-aşkar bəyan edir.

Söyün Sadıqov hər zaman qeyd edir ki, o öz çoxmillətli ölkəsinin vətənpərvəridir. O “Strateji İnkişafın Modelləşməsi” Mərkəzinin prezidenti, politoloq, millətlərarası əlaqələr üzrə ekspert , Rusiya Federasyasının prezidenti V.V Putinin səlahiyyətli nümayəndəsi kimi əslində o öz mövqeyini gizlətməməlidir. Bəs maraqlıdır belə mövqe uğur gətirirmi? Tərəddüd edirəm. Əgər ki, vətənpərvərlik qəlbən doğur, o mütləq sürətdə problemə səbəb olur. Söyün Sadıqovun həddindən ziyadə çox tənqidçisi var.

Buna səbəb nədir? Səbəb sovet taleyi və böyük Rusiya imperiyası mövqeyidir. Gürcüstanda doğulsa da, Rusiyada hər kəs onu bir nömrəli azərbaycanlı kimi tanıyır. Moskva şəhərində tikinti sahəsində uğurlu karyera yaratmağa müvəffəq olub: obyekt rəhbəri, ustabaşı, Tikinti Tresti üzrə müdir,“Mosrekonstruksiya” tikinti şirkətinin baş rəhbəridir.

Adama elə gəlir ki, sovet adamının uğurlu nümunəsidir. Lakin Söyün Qasımoviç Sadıqov daha doğrusu, sovet dönəminin deyil, Rusiyanın inqilabdan əvvəl formalaşması dövrünə aid şəxsiyyətdir. O imperiya düşüncəsinə malikdir, daha doğrusu çoxmillətli ölkənin təxəyyülünə dayanaraq, qlobal düşüncə sahibidir. Bax elə bu tendensiyadır ki, müxalifətdə və ehtiyyat vətəndaşlarda ikrar hissi doğurur.

Söyün Sadıqovun tərcümeyi halını bir qədər araşdırsaq, görərik ki, o 1977 ci ildə Moskvadan sovet ordusunda xidmət etməyə yollanır, daha sonra nüfuzlu ali təhsil ocaqlarının birində təhsil alır, tikinti sahəsində ədalətlə çalışır. “Bazar mərhələsində tikinti iqtisadiyyatı” monoqrafiyasının müəllifidir. Müxalifət isə onu vətəndaşlıqda ittiham etməyə davam edir...

Söyün Sadıqov vətənpərvər olmaqla yanaşı, haqq və ədalət uğrunda mübarizə aparan insanlardandır. Bununla bərabər o idman üzrə də, müvəffəqiyyət qazananlardandır.

Söyün Sadıqov sovet dönəminin nümunəvi idmançılarındandır. O hələ 1978 ci ildə sambo üzrə ölkə çempionu olub. 2005 ci ildən etibarən o Rusiya Sambo Federasiyasının prezidentidir. Bu insanın bir mənfi xüsusiyyəti var ki, o öz hisslərini gizlədə bilmir, hər şeyə etinasız yanaşa bilmir. Bu Nataliya Poklonskinin “Matilda” tənqidi, ya da Kondopoqda milli münaqişəni həllinə dair səy olsa belə...

Lakin bütün mənfilərin açması onun susa bilməməsindədir və bu tendensiya onun bu yaxınlarda verdiyi müsahibələrin birində özünü daha aydın xarakterizə edir: “Mən öz uşaqlığımdan bu günə qədər ən dəyərli gətirdiyim xüsus – mənim internasional tərbiyəmdir. Mən ruslarla, ukraynalılarla, almanlarla, polyaklarla, ermənilərlə, gürcülərlə, osetinlərlə, abxazlarla, kürdlərlə və s yan yana yaşamışam. Və heç bir zaman heç bir fərq hiss etməmişəm. Bilməmişəm ki, bizim hansımız hansı milləti təmsil edirik... Heç zaman aramızda millətlərarası münaqişə olmayıb”.

Bax bu xüsusiyyət də, elə muxalifət tərəfindən yaxşı qarşılanmır. Söyün Sadıqov sadəcə vətənpərvər patriot deyil. O millətçi vətənpərvərdir. Axı milli problemlərlə oynamaqla böyük dövləti bölmək daha asandır.

Bu insan isə millətləri birləşdirir. Çünki o milli qürurun sərhədlərinə toxunmadan bunu necə etməyin incəliklərinə bələd olmaq gərəkdiyini bilir. Bunun üçünsə olduqca çətin talehli insan və vətənpərvərlik yolunu qətt etmək gərəkirdi.

Hələ o zaman Çeçenistanda vətəndaş müharibəsi gedəndə, xarici xüsusi təyinatlılar müsəlmanlar və miqrantlar arasında olduqca aktiv təbliğat aparırdı. Söyün Sadıqov həmvətənlilərlə separatistlərin bir-birinə qarışmaması üçün əlindən gələni əsirgəmirdi. Bu isə 2000 ci ildə Rusiya tarixində “Prezident-otel”də Slavyan, Rus təşkilatlarını, milli muxtariyyətlikləri toplamağa müvəffəq olur. İlk dəfə olaraq, bir masa arxasında olduqca çətin məsələləri həll edən kollektiv toplamağın üstəsindən gəlir.

Söyün Sadıqov – Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətinin prezidentidir. (FNKA-AzərRos). 25 yanvar 2013 ildə Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətinin V iclasında Rusiyanın fəxri prezidenti seçilmişdi.

Sadiqov hər zaman Rusiya dövlətinin möhkəmlənməsi ideyaları ilə yaşayıb və yaradıb. Əsil vətənpərvər kimi o milli münaqişələrin süni şişirilməsini çox gözəl anlayır. Məhz elə ona görə də, o Rusiyada böyük təsiretmə gücünə malik ictimai təşkilat yaradır. Bu təşkilatın təsir gücü əsasən Söyün Sadıqovun Rusiyanın milliyyətçi liderləri Konstantin Krılov, Barkaşov, Savalyov, Tor, Sevastyanov, Kuznetsov, Trofimçuk, Potkin, Belov və digərləri ilə olan şəxsi münasibətlərindən qaynaqlanırdı.

Məhz Söyün Sadıqov Qafqaz düyününün mühüm milli problemlərini həll etməyə yardım edən insandır. Onun bir nömrəli tənqidçiləri Gürüstan və Ukrayna müxalifətidir. Bu günə kimi həmən o müxalifətçilər sadəcə bir nüansa görə hələ Sadıqovu ittiham etməyiblər. Bu isə Krım məsələsidir. Poklonskiyə görə ittiham edirdilər, amma Krıma görə -YOX! Həvəskar tənqidçilər üçün bir hadisəni danışmaq istəyirəm. Bu haqda çox az adam bilir.

Krımın Rusiya üçün, Rusiyanın Krım üçün vacibliyini nəzərə alaraq, Söyün Sadıqovun tapşırığı ilə Nikolay Qoroxov 2009 cu ildə Sergey Aksenovu Moskvaya dəvət edir. Burada Sadıkov onu Rusiya telekanallarının rəhbərliyi, deputatlarla, Kreml və Lyubyank məmurları ilə tanış edir. Krımın keçmiş rəhbəri Leonid Qraçın və eks prezident Viktor Yanukoviçin etirazlarına baxmayaraq, Aksenov Rusiyayönlü siyasətçi kimi Krımda möhkəmlənməyə müvəffəq olur. Sadıqov hələ o zaman Aksenovun simasında bir inqilabçı, güvənilən bir inqilabçı görürdü. Elə o da, xüsusi təyinatlılarla münasibəti düzəltməkdə və yaxşılaşdırmaqda yardımçı olur. Bu hələ son deyil.

Söyün Sadıqov 2014-cü ildən etibarən Ukryanada, Türkiyədə Krım tatarları ilə sıx əməkdaşlıq edir. Məhz onun yardımı ilə Krımda Krım tatarlarının Rusiyayönlü təşkilatları yaradılır. Ankarada “Krımın İnkişaf Fondu” yaradıır. Sadıqovun sayəsində adı çəkilən bu təşkilatlar bu günə kimi Rusiyada millətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etməkdədir.

Sadıqov vurulan təyyarədən sonra Türkiyə Rusiya münasibətlərinin gərgin olduğu zaman da, münasibətlərin düzəlməsi yönündə böyük səy göstərmişdir. Bir çoxları münasibətlərin həllinə dair məsələlərə qarışmağa cəhd belə etməkdən çəkinirdi. Lakin Söyün Sadıqov bütün jurnalist, siyasətçi və ictimai xadimləri Moskva və İstambulda toplayaraq, millətlərin yaxınlaşması baxımından müdrük addım atmaq naminə düşünməyə və vəziyyətdən çıxış yolu tapmağa çağırırdı.

Söyün Sadıqovun bir mühüm prinsipi var – Bütün Sovet İttifaqı dövlətləri Rusiya dünyası ətrafında birləşməli, inkişaf etməli və çiçəklənməlidir. Bunun üçün onun çox güclü əlaqələri var. O əlaqələr arasında keçmiş Sovet İttifaqı, İran, Türkiyə, Aİ və ABŞ nümayəndələri də var. Söyün Sadıqovun 2013 cü ildə AzərRos FNKA-dan gedişindən bu günə kimi o güclü təsir etmə gücünə malikdir. O “Strateji İnkişafın Modelləşdirilməsi” Mərkəzi vasitəsi ilə beynəlxalq diplomatiya siyasətini yürütməkdədir.

Söyün Sadıqov xarici dairələrə çalışan düşmənlərə daxili zəif mövqelərə təzyiq edə bilmələrinin qarşısını alır və bu təzyiqlərə göz yümanları isə hər zaman ittiham edir. Onun güclü Rusiyayönlü mövqeyi keçmiş sovet dövlətlərində, xüsusəndə Gürcüstan və Azərbaycanda rəqiblərə qarşı müdafiə xarakterli qala rolunu oynayır.
Vətənpərvər olmaq asandırmı?
Hümanist bir insan olduğundan bir çox hallarda təsadüfi insanlara inanır. Sosial şəbəkələrdən onların harayına səs verir və həmən anda ikiüzlü ictimai qınaqla üzləşməli olur. Qarşı qarşıya dayandığın insan rəqibin olsa başqa məsələ, bir çox hallarda təsadüfi insanların arxasında Qərb yönlü xarici xüsusi təyinatlıların dayandığını da qeyd etmək gərəkir.

Bir hadisə yerinə düşərdi. “Mifik ifadələrlə” dolu Saakaşvilinin çevrilişləri. İndi artıq Ukrayna xüsusi təyinatlıları Gürcüstanın eks prezidentinin Ukrayna sərhədlərindən keçməsi ilə bağlı cəhdlərində Söyün Sadıqovun əlinin olduğunu da deyir. Görünür bu hiylə ilə onlar Poroşenkonu devirmək niyyətindədirlər.

Ukrayna hara, sən demə Sadıqovun adı hələ Macarıstanla da hallanır.

Ukrayna təbliğatı Poroşenkoya məxsus KİV də xüsusi səy göstərməklə yeni bir şayə yaymaqdadır: - Guya Rusiya “Karpat” istiqamətində hücuma keçməyə hazırlaşır. Putin Ukraynanın bir hissəsini “qoparıb” sən demə Macarıstana calamaq niyyətindəymiş. Bu “xüsusi əməliyyat”la bağlı cavabdeh şəxslərin adları da, açıq aydın çəkilir. Bu “Rosneft”in rəhbəri İqor Seçin, biznesmen Söyün Sadıqov və admenistarasiya rəbərinin müavini Sergey Krienkodur. Guya Macarıstan tərəfindən sözü gedən məsələni milyonçu Arpad Xabonya aparacaq. Xabonya isə baş nazir Viktor Orban və İştvan Tiborsun məsləhətçisi və Macarıstan prezidentinin kürəkənidir.

Son zamanlar Ukrayna KİV-i “sövdələşmələr” haqqında ehtimallar irəli sürməklə məşquldur. Bu cür şişirdilmiş informasiyalar bir sıra telefon danışıqları zamanı qısa-qısa qeydə alınan xəbərlərdir. Əsas məsələ ondadır ki, Söyün Sadıqov Macarıstan hakimiyyəti, siyasi partiyaların rəhbərləri ilə çoxdankı dostlardır. Aydın məsələdir ki, bu durum Poroşenkanın morionet rejimi tərəfindən dəfələrlə müzakirə edilir.

Sizcə bütün bu ittihamlara cavab verməyə dəyərmi?


Dəyər, ona görə də, Söyün Sadıqov Rusiya prezidenti, milli lideri dəstəkləyir. Başqa cür axı necə ola bilər? Ona görə də, o Vladimir Putinin səlahiyyətli nümayəndəsi olub.

AzərRos FNKA rəhbərinin aydın nümayəndəsi keçmiş Sovet İttifaqı dövlətlərinin danışıqlarında iştirak etmir. Bunda Rusiyanın milli diasporasının da səylərini inkar etmək olmaz.

Söyün Sadıqov dostluğun mövcud olduğu Rusiya Federasiyasında həqiqi vətənpərvər kimi proqressiv bütün güclərin bölünməməsinə xidmət edir. Bu mövqe bizim ölkəmiz üçün yaxşıdır, amma bizim xaricdəki rəqiblər üçün yeni ittihamlar üçün yeni mövzulara yol açan bir məqamdır...

Bəs tənqidə cavab verməkdən çəkinməyən, debata girməyi bacaran insanın aqibəti necə olacaq? Başqası olsa güzəşt yolunu seçər, amma Söyün Sadıqov belələrindən deyil. O susa bilmir, o sərt şəkildə öz vətənpərvərlik mövqeyini ortaya qoymağı bacarır. Bununla da, əslində sübut edir ki, Rusiyada əsil vətənpərvər olmaq heç də asan deyil!






Ü.Musazadə
VOİCEPRESS.AZ

Ранее » Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq çətin olacaq...