Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq çətin olacaq"- Rusiyadakı seçkilərin təhlili eksklüziv olaraq...

Təhlil / Manşet

2 178

Söyün Sadıqov:
Söyün Sadıqov: "Əgər ölkə öz geopolitik maraqlarını belə açıq şəkildə ortaya qoyursa, mütləq sürətdə daxili təhlükəsizliyi sığortalamaq, daxili stabilliyi təmin etmək, milli valyutanın dəyərini qorumaq məcburiyyətindədir!"



2018 ci il 1990 cı ilin əvvəllərində formalaşan bir çox MDB dövlətlərində prezident seçkiləri müşahidə ediləcək. Bunlardan biri də, Rusiya Federasiyasıdır. 18 mart 2018 ci il tarixində Rusiyada prezident seçkiləridir. Ölkədə gərgin mübarizə gedir. Lakin gəlin razılaşaq ki, seçki ərəfəsində heç də hər şey dövlətin hüdudlarından kənarda göründüyü kimi baş vermir. Elə bu səbəbdən də, Rusiyada keçirilən seçki kompaniyasında namizədlərin müqayisəli şərhi və ölkədəki mövcud vəziyyətlə bağlı VOİCEPRESS.AZ Rusiyanın “Strateji İnkişafın Modelləşməsi” mərkəzinin rəhbəri, ekspert Söyün Sadıqovun təhlili əsasında təqdim edir:

2018-ci il Rusiyadakı prezident seçkiləri dönüş nöqtəsi ola bilər: “seçicilərin millətçilik və birliyi referenduma gətirib çıxarır” – görəsən kim altı illik seçim şansını qazanmaq adına namizədliyini irəli sürəcək...

Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq çətin olacaq"- Rusiyadakı seçkilərin təhlili eksklüziv olaraq...
Hər kəs bu dəqiqədən etibarən, altı illik seçilmə şansını qazanmaq adına kimin namizədliyini irəli sürəcəyini bilmək istəyir. Bu gün həqiqətən də, Rusiya Federasiasının prezident seçkilərində neçə namizədinin iştirak edəcəyi məlum deyil. Lakin demək olar ki, əsas mübarizə Vladimir Putin, Pavl Qrudin və Vladimir Jirinovski arasında gedəcək.

Təklif edirəm, hər üç namizədin zəif və güclü tərəflərini təhlil edək:

LDPR partiyasında heç bir dəişiklik müşahidə edilmir. Vladimir Jirinovski 1991-ci ildən etibarən seçkilərdə iştirak edir və elektorata çox yaxşı bələddir.
Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq çətin olacaq"- Rusiyadakı seçkilərin təhlili eksklüziv olaraq...
Federal televiziyaların tok-şou proqramlarında tez-tez iştirak edir, güclü səslənən bəyanatların müəllifidir. Olduqca təsirli, ictimai fiqurdur. LDPR sədri Qərbə qarşı olduqca səs-küylü bəyanatlar etməkdədir, olduqca sərt çıxışları ilə tanınır, Bir çox hallarda hətta kəskin millətçilik nöqteyi nəzərindən dava-dalaşlı mövqedən çıxışlar edir. Onun çıxışları Rusiyanın bir hissə əhalisində millətçilik ruhunu oyanmasına xidmət edir. Bir çoxları Jirinovskiyə darıxdıqları üçün səs verir. Çünki bir çox hallarda sözü gedən obraz darıxdırıcı siyasi mübahisələri yerindən oynadır. Rusiyanın siyasi platformasında uzun illərdir heç bir dəişiklik müşahidə edilmir. Amma belə olan halda, dinamiklik, şou, hardasa trolinq müşahidə olunur. Bu isə birmənalı olaraq, radikal və siyasi təhsilsiz seçicinin ürəincə olur. Beləliklə Jirinovski 2002 ci ildən etibarən, 7dən 13 faizədək səs toplamaqdadır. Hesab edirəm mart seçimlərində o seçim göstəricilərini bir qədər qaldıracaq. Bu isə Ukrana, ABŞ və Rusiya ilə Avropa İttifaqı kimi münaqişələrlə bağlıdır. Vladimir Volfoviç öz debatlarında və çıxışlarında vurğunu məhz bu mövzu üzərində quracaq, bəlkə də hələ deyəcək ki, qələbədən sonra Kiyevi də zəbt edib, ABŞ-ı məhv edəcəyik. Bu çür bəyanatlar birmənalı olaraq, təhsilsiz və elmsiz əhali üçün nəzərdə tutulur. Amma Jirinovskinin seçilmə şansı çox azıdır. O sadəcə hakim dairə yanında öz rolunu icra etməklə məşquldur. Lakin qeyd etmək gərəkir ki, o yetəri qədər dəstəyə malikdir. Ona görə də, Jirinovski ikinci və ya üçüncü yeri şübhəsiz əldə edə biləcək.

Rusiya Federasiyasının Komunist Partiyası isə prezidentliyə namizəd olaraq, Lenin adına savxozun direktoru Pavel Qrudininın namizədliyini irəli sürüb.
Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq çətin olacaq"- Rusiyadakı seçkilərin təhlili eksklüziv olaraq...
Onunla hər şey bir qədər fərqlidir. Çünki o bir siyastçi kimi hələ ki, çox zəifdir. Nə üçün Rusiya Federasiyasının Kommunist Partiyasından Genadiy Züqanov kimi siyasi çəkisi olan “Mastadont” və ya yetəri qədər siyasi baxımdan çəkisi olan İvan Melnikov namizədliyini vermədiyi halda məhz bir siyasətçi kimi çox zəif olan birinin namizədliyi irəli sürülür? Əslində digər tərəfdən bu gün cəmiyətdə yeni simalara, yeni namizədə böyük ehtiyac var. Xüsusən də ölkənin iqtisadi inkişifaına təkan verə bilən gənclərə. Bir çoxları hesab edir ki, məhz “bəy-namizəd”, “əsil batka” iqtisadi inkişaf üçün drayver rolunu oynaya bilər. Qrudin – yeni insandır. Onun namizədliyi gözəl bir rəsm əsəri kimi təqdim olunur, o rəsm əsərində əməkçi insan öz sahibi ilə yaşayır və kolxozdan aldığı əmək haqqı da yüksək olur. “Möhkəm evdarlıq qabiliyəti, qazanmaq və pulları xərcləməyi bacaran insan”. Onun elektoratı əslində Züqanovun pərəstişkarlarını bir qədər üstələyib də deyə bilərik. Qrudinin namizədliyinin təsdiq edilməsindən sonra Kammunist Partiyasının hətta müəyyən sorğularda əhatə dairəsi genişlənməyə başlayıb.

Hiyləli addım

Hesab edirəm ki, Qrudinin namizədliyinin irəli sürülməsi – Prezident Admenistrasiyasının gedişidir. Ölkədaxili vəziyyətə yaxşı bələd olaraq, siyasi meydanın veteranları hesab edilən müəyyən siyasətçilər yetəri qədər səs toplamaq iqtidarında ola bilər. Bu isə ikinci mərhələyə apara bilər. Bu da Putinin imicinə xələl gətirə bilərdi.

2014-cü ildən etibarən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fərdi sahibkarlara, kiçik və orta biznesmenlərə, ümumiyətlə ölkə vətəndaşlarına böyük təsir etdi. Yaşayış vəziyyəti minimuma endi və ölkədə külli miqdarda borclu kütlə yaranmağa başladı. Borclular vergi orqanları, bankalar, bir-birinin qarşısında da mövcuddur. Sanksiyalardan başqa bir sıra məmurlar və hüquq mühafizə orqanlarının əməkdaşları insanları prezidentə və hakimiyyətə qarşı kökləməyə başladılar.

Yerli hakimiyyət konpensasiya ödəmədən yaşayış yerlərini sökürdülər. Onlar nə sərmaəçilərin bağladıqları müqavilələrə, nə yaşayış obyektinə sahib olan insanların sənədlərinə belə əhəmiyyət vermirdilər.

Ən böyük problem isə bank sahəsində yarandı. Şüurlu sürətdə bankların və bank sistemlərinin dağıdılması da, mövcud hakimiyyətə qarşı insanlarda güvənsizlik yaratdı. Fiziki və hüquqi şəxslər böyük miqdarda maliyə itirdilər. Belə olan halda isə aldıqları kompensasiya 700, daha sonra isə cəmi 1400 rubl təşkil etməyə başladı. Buna qədər əldə edilən bütün uğurlar yox oldu. Bütün bunlar Mərkəzi Bankı narahat etdimi?! Bankların ləğvi nə üçün lazım idi? Axı birmənalı olaraq, bütün bankları birləşdirməklə, vahid güclü bank yaratmaq da olardı! Bu variantda özəl yatırımçılar – fiziki şəxslər, həm də hüquqi şəxslər ziyan görməz, hətta öz vəsaitlərini bankda saxlamış olardılar. Həmin məbləğlər isə birmənalı olaraq, ödəyici qabiliyyəti təmin edərdi- iqtisadiyyat da işlək vəziyyətdə olardı. Bütün bu nüanslardan əziyyət çəkən əhali kommunistlərə səs verəcək. Seçkilərdə Züqanov və ya Melnikov iştirak etsəydi, onlar 40 və 45% səs toplaya bilərdilər. Amma Pavel Qrudinə səs verənlər 20% dən çox olmayacaq. Qrudin Rusiya cəmiyyətinə o qədər də, bələd deyil. Natiqlik baxımından da, o Jirinovski və Züqanova tay ola bilməz. Məhz bu nöqteyi nəzərdən Sergey Krienko Züqanovu KP adından namizədliyini irəli sürməyə razı salır...


“Putinin formadankənar rəqibi” –Kseniya Sobçak
Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq çətin olacaq"- Rusiyadakı seçkilərin təhlili eksklüziv olaraq...
Sobçakın işi seçkilərə bir qədər rəng qatmaqdır, daha doğrusu “dravk”. Mütləq sürətdə o müəyyən intriqalardan istifadə edərək mövcudluğunu təsdiq etməklə məşqul olacaq. Bir namizəd kimi Kseniya Sobçak o qədər də güclü fiqur deyil. Ona gənclər və orta yaşlı insanlar heç bir halda səs verməyəcək. Cəmiyyət hələ onu güclü siyasi avtoritet kimi qəbul etmir. Onu daha çox jurnalist kimi tanıyırlar. Onun siyasi imidcinin bir mənfi nüansı isə, onun Anatoliy Sobçakın qızı olmasıdır. Əfsuslar olsun ki, 1990-2000 ci illərdə bir qədər aktiv olan atasının da, cəmiyyətdə hörməti və çəkisi yoxdur. Çünki bu kimi insanlar hər zaman hesab edirdi ki, sovet ittifaqının dağılmasına Yelsin, Qarbaçov, Sobçak, Çubays kimilər səbəb olub... Lakin onun müsbət tərəflərini də qeyd etmək gərəkir. Kseniya Sobçak çox gözəl natiqdir. Prezident Admensitarasiyası hesab edir ki, Kseniya Sobçak Novalnının elektoratını toplaya biləcək, digər tərəfdən Aİ və ABŞ-a biz radikal müxalifətə də qələbə qazanmağa mane olmuruq, misalına xidmət etmiş olacaq. Navolnını isə qanun çərçivəsində azad etmək olmazdı, hələ əff edilməmiş cəzası var. Amma burada Prezident Admensitarasiyası bir səhvə yol verib, Navalnının elektoratı heç zaman Sobçaka səs verməyəcək. Navalnı isə Sobçaka səs verilməsi üçün çağırış etməyəcək. Ona görə də, Sobçak 5% dən çox səs toplaya bilməyəcək.

Navalnı çox gözəl bilirdi ki, onu seçkilərə buraxmayacaqlar. Çünki onun komnadası yalnız 28 yanvar, küçə nümayişlərinə, psixoloji hazırlıqlarla məşquldur. Sözsüz ki, Navalnının radikal seçici elektoratı Aİ və ABŞ, həmçinin Ukrayna və Gürcüstan tərəfindən maddi və mənəvi dəstək alacaq. Ukrayna və Gürcüstan Navalnıya yardım edir və yardıma davam edəcək. Çünki onlar hər şeyə rəğmən Putindən intiqam almaq və onun seçkilərdə qələbə qazanmasına mane olmaq niyyətindədirlər.

Vladimir Putin
Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq çətin olacaq"- Rusiyadakı seçkilərin təhlili eksklüziv olaraq...
Ölkədə mövcud bütün problemlərə rəğmən Vladimir Putin Rusiya Federasiyasının prezidentliyinə bir namizəd kimi qələbə üçün daha çox şansa sahibdir. Bunun səbəbi isə onun bir şəxsiyyət, bir siyasətçi kimi sərhədsiz nüfuza nəinki Rusiyada, eyni zamanda bütün dünyada sahib olmasıdır. Məhz elə onun populyarlığı ucbatındandır ki, daxili siyasətə xələl gəlir: ölkədə iqtisadi çətinliklər müşahidə edildiyi halda onun yaxın ətrafı və qohumları prezidentin güvənindən suiistifadə edirlər. Bundan başqa ölkədə korrupsiya çiçəklənməyə başlayıb. Hakim təbəqlərdə və bir sıra biznes sahələrində insanlar tez-tez bu durumla qarşılaşırlar. Prezidentin birbaşa çağırışlarına rəğmən bütün bunlar davam edir. Sanki onlar ya Putini eşitmir, ya da qorxmadıqlarını sübuta yetirmək istəyirlər.

Vladimir Putin hakimiyyəti sanksiyalara hazır deyildi və bu günə kimi də, bank sisteminin layiqli şəkildə bütün çətinliyə davamlı real proqramı təşkil edilməyib. Axı istehlak sistemi sənaye inkişafı sanksiya şərtləri altındadır...

Putinin mütləq qələbəsi üçün küçə yürüşlərinə yol vermək olmaz! Prezident yaxın günlərdə radikal addımlar atmalıdır. Birmənalı olaraq, xalq arasında nüfuzu olmayan şəxsləri özündən uzaqlaşdırmalıdır. O hakimiyyətə xalqın güvəndiyi və ya güvənə biləcəyi insanları gətirməlidir. Düzdür, bir aya yeni hakimiyyət xalqın həyatında, sənayenin və biznesin inkişafında heç nə dəyişə bilməyəcək, lakin pozitiv dəyişikliklər üçün real ümid olmuş olacaq. Bu addım Putinə əlavə səs gətirəcək. Cəmiyyətdəki gərginlik azalacaq, etirazlar səngiyəcək və nəticə etibarilə onlar küçələrə çxımayacaqlar.

Bu gün cəmiyyət olduqca narazıdır və heç kimdə sabaha ümid yoxdur.

2005-2014 cü illərdə, iqtisadiyyat inkişaf edəndə, kiçik və orta biznes sahələri yeni qazanc əldə etməyə başlayanda, fərdi sahibkarlar yarandı. Amma 2014-cü ilin martından başlayaraq ölkədə yenilmə müşahidə edilməyə başladı. Ölkədə kasıb təbəqəyə aid insan artımı başladı. Vergilərlə bağlı atılan addımlar geçikmişdi. Çünki bunu 2015-ci ildə daşlamaq gərəkirdi.

Bir çoxları məhkəməni uduzdu. Hələ 2015 və 2016 cı illərdə bu haqda baş nazirə və Dövlət Dumasına yazaraq, mövcud vəziyyətlə bağlı gərəkən addımların atılmasının gərəkdiyini bildirmişdim. Ukrayna ilə bağlı vəziyyət, Krımda referendum – öz növbəsində sadəcə Fors majordur. Rusiyaya qarşı sanksiyalar tətbiq edilib, bu isə birmənalı olaraq, Rusiya Federasiyasının vətəndaşlarının sosial durumunda özünü əks etdirir.

Banklar və məzənnə ilə kredit alan insanlar xələl görməsin deyə, dövlət bütün ziyanı öz öhdəsinə götürməyə məcbur idi. Əgər milli pul an etibarilə dəyərdən düşürsə, bu dövlətin günahıdır. Lakin əfsuslar olsun ki, bu icra olunmdı və milyonlarla ipoteka müştəriləri öz evlərini itirdilər. Əgər ölkə öz geosiyasi maraqlarını belə açıq şəkildə ortaya qoyursa, mütləq sürətdə daxili təhlükəsizliyi sığortalamaq, daxili stabilliyi təmin etmək, milli valyutanın dəyərini qorumaq məcburiyyətinddir! Əfsuslar olsun ki, biz buna hazır deyildik.

Putin üçün bu süçkilərdə qələbə qazanmaq çətin olacaq, amma hesab edirəm o yenə də qələbə qazanacaq.

Birinci səbəb: Mövcud hakimiyyət digər namizədlərlə müqayisədə daha çox admenistrativ imkanlara malikdir. Televiziyalar, radiolar, çoxyaslı hakim dairələrə işləyən KİV;

İkinci səbəb: Krım, Donbas, Luqansk və Suriyadakı vəziyyət;

Üçüncü səbəb: ABŞ- la mövcud olan soyuq müharibə - bir çox siyasətçilərin ABŞ siyasətini tənqid etməsi, bir hissə əhalinin ABŞ-la necə mübarizə aparmaq haqda düşünməsi.

Bütün bu mövcud nüansları nəzərə alaraq, Putinin 60-65% səs çoxluğu ilə qalib olacağını söyləmək olar.

Müasir Rusiyada son 28 ildə ikinci dəfədir ki, belə çıtin və maraqlı seçki kompaniyası gedir. Birinci dəfə bu 1992-ci ildə olmuşdu. O zaman Yeltsin qələbə qazanmışdı. O zaman ona ABŞ kömək edirdi, Rusiya xalqı və kommunistlər bunun əleyhinə idi. Amma ABŞ- ın pulları sayəsində onların komandası olan Boris Yeltsin qələbə qazandı. İndi Putin sadəcə az səs toplaya bilər ki, bu da Putinin maraqlarına cavab vermir. Alkesey Navalniy seçkilərdə falsifikasiyalara yol verildiyini deyəcək, ABŞ, Aİ və digər satılmış beynəlxalq təşkilatlar isə onun sözünə dəstək verəcəklər.

Bütün bunlara yol verməmək üçün 18 mart tarixində referendum keçirmək və seçici bülletenlərinə “Kim Rusiya Federativ Respublikasının Rusiya Federal Respublikasına keçməsinin əleyhinədir?” kimi sualı açıq şəkildə yazılmalıdır. Əminəm ki, 90% müsbət nəticə qazanmış olacağıq. Çünki biz böyük nəticəni dövlətquran xalqdan alırıq və belə olan halda onlara qarşı da biz ədalətli davranmış olmalıyıq. Lakin nəzərə almaq gərəkir ki, RF-nin bölgələri milli adlara uyğun şəkildə adlandırılıb və milli azlıqların heç bir halda hüquqları tapdanmayacaq. Bu tendensiya dövlət daxili çoxmillətli Rusiya Federativ Dövlətində millətçilik əhval ruhiyyəsini qaldıracaq, millətlərarası əlaqələri inkişaf edəcək.

Xarici və bir sıra daxili dairələr Rusiyaya “rəngli inqilablar” arzu edir, dövlətdaxili ixtişaşaların baş verməsini istəyirlər. Burada təbii sərvətlərin ələ keçirilməsi, dövlətin dağıdılması, dövlət ehtiyyatlarının müsadirəsi məsələləri önəm daşıyır...Bütün bunlar milli və regional separatizmə səbəb ola bilər. Rusiya özü özünü aldatmamalıdır! 90cı illərin əvvəlindəki səhvi bir daha təkrarlamaq olmaz!

Vladimir Putinin qələbəsi müşahidə olunarsa, cəmiyyət ondan “bizimkini veməyəcəyik” şüarından əl çəkməyə, bürokratiyanı minimuma endirməyi tələb edəcək. Onlar dövlət institutlarını güclü və professional kadrlarla təmin etməyi istəyəcək. Eyni zamanda 2018-2024 cü illərdə prezidentin vəzifə borcu olaraq qalacaq: Rusiyada müasir standartlara uyğun infrastrukturun, məktəb və ali təhsil yerlərinin tikilməsi, 21 ci əsir tələblərinə cavab verən şəhər və kəndlərin salınması, idman sahəsinin inkişaf etdirilməsi, sağlamlıq mərkəzlərinin inşası, yaşayış səviyyəsinin yüksəlməsinin təmin olunması kimi işlər...

Fikrimcə, Federal Hakimiyyəti və Dövlət Dumasını Tümen və Novosibirsk yaxınlığına yerləşdirmək gərəkir. Belə olan halda bərabərlik qorunar, Qərb və Şərq sərhədlər boyu balanslaşma təmin olunardı. Prezident Kremldə, XİN, FHN və MN Moskvada qərarlaşsa daha yaxşı olardı.





Ü.Musazadə
VOİCEPRESS.AZ

Ранее » Danışan alət – Sərkisyan və onun komandası« Далее Vətənpərvər olmaq asandırmı?