“Azərbaycan- Tolerantlıq nümunəsi”

  • 5-09-2017, 17:00
  • 873
“Azərbaycan- Tolerantlıq nümunəsi”
Azərbaycan şərqlə qərbi birləşdirən, müxtəlif dillərin və dinlərin, zəngin mədəni irs və ənənələrin inkişaf etdiyi tolerant bir ölkədir. Coğrafi mövqeyi, yeraltı və yerüstü sərvətləri ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan, hələ qədim dövrlərdən burada yaşayan xalqların, etnik qrupların mənəvi dəyərlərinə, dini inanclarına hörmətlə yanaşıb. Yüz illərlə formalaşan sülh, qardaşlıq və dinlərarası hörmət prinsipi Azərbaycanın dünya miqyasında nüfuzunun artmasına imkan verib.

Ulu öndər Heydər Əliyev bəşər sivilizasiyası üçün ən önəmli dəyərlərdən olan tolerantlıq haqqında deyirdi. “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlər-arası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.”

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın sosial-ictimai və iqtisadi inkişafı gündən günə artmaqdadır. Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli qərarı ilə Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu mərkəz qısa vaxt ərzində həm ölkə daxilində,

həm də respublikamızdan kənarda multikulturalizmlə bağlı geniş tədbirlər həyata keçirdi.

Azərbaycanda tarixən İslam dini ilə yanaşı digər dinlərə də hörmət və ehtiram olub. Məhz bunun nəticəsidir ki, 2015-ci ildən “16 noyabr” tarixi Azərbaycanda Beynəlxalq Tolerantlıq günü kimi elan olunur. Həmin gün insanları sülhə, əmin-amanlığa, qarşılıqlı hörmət və dostluğa, səsləyir. Dünyada təlatümlərin artdığı, irçiliyin şiddətləndiyi bir dövrdə XX əsrin böyük şairi Hüseyn Cavidin misraları artıq bəşəri şüara çevrilir.

“Kəssə hər kim tökülən qan izini.

Qurtaran dahi odur yer üzünü!”

Ölkəmizdə dini icmalar – müsəlman məscidləri, xristian pravoslav, katolik, Alban-Udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərir və dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədirlər. Bunun nəticəsidir ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib və bu “Multikulturalizm İli”nin davamı olmaqla yanaşı Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılması üçün yeni imkanlar yaradır.

Tolerantlıq mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Sovet İttifaqı dağıldığı dövrdə baş verən hadisələr Azərbaycanı dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq qarşısında qoydu. Ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal edərək etnik təmizləmə siyasəti həyata keçirərdiyi zaman bir milyon məcburi qaçqın və köçkün problemi yarandı. Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, birgə yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qaldı. Hətta Dağlıq Qarabağda müharibə başlayandan sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam etdi.

Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Hazırda ölkəmizdə 2 mindən çox məscid, 13

kilsə və 7 sinaqoq fəaliyyət göstərir və bu Azərbaycanlıların digər dinlərə olan münasibət və mədəniyyətinin göstəricisidir. Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayırlar. Ölkəmizin bütün milli və dini azlıqları, millətlərarası və dinlərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində isə “irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq, dövlətin hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verdiyi” qeyd olunur.

Bu gün qlobal yanaşma kontekstindən baxdığımızda Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin kəsişməsində, qovşağında yerləşir. Məhz bu mövqe ölkəmizin mədəni müxtəlifliyinə, xalqımızın tolerantlığına öz dəyərli töhfəsini vermişdir. Bunun nəticəsidir ki, əsrlər boyu Azərbaycanda heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib. Bütün bu dəyərlər qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlərin formalaşmasına zəmin yaradıb.

Tolerantlığın fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq, bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Müqəddəs kitabımız “Qurani kərim”də göstərilir ki, "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13-cü ayə).

Şəkidə “Şərq kilsələrinin anası” sayılan və günümüzə qədər qorunub saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində, dövrümüzə qədər gəlib çatan və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri Azərbaycanlıların xristian mədəniyyətinə, ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinin qorunmasına münasibətinin göstəricisidir.

Azərbaycanda tolerantlığın tarixi kökləri baxımından yəhudilərə olan münasibətlərin də özünəməxsus yeri var. Onların Azərbaycanda məskunlaşmasının tarixi qədim dövrlərə gedib çıxır. Bu tarixi dövr ərzində yəhudilərlə azərbaycanlılar arasında hər hansı bir ayrı-seckilik faktı olmamışdır. Hazırda Bakıda, Oğuzda və Qubada dağ yəhudilərinin sinaqoqları fəaliyyət göstərir və onlar sərbəst şəkildə öz dini ayinlərini yerinə yetirirlər. Göründüyü kimi, xalqımızın tarixən keçdiyi böyük təkamül yolu Azərbaycana zəngin mədəniyyət çalarları qazandırıb. Ölkəmizdə zərdüştlük, xristian, islam abidələri bu gün də dövlət tərəfindən qorunub saxlanılır və onlara lazımi diqqət göstərilir.

Azərbaycanda müxtəlif dinlərin mərhəmət və qarşılıqlı hörmət anlayışından əlavə olaraq müxtəlif məzhəblərin də yaxınlaşması praktiki baxımdan dünyaya nümunə göstərilməkdədir. 2016-cı il yanvarın 15-də fəaliyyətə başlayan, ümummilli liderin adını daşıyan məsciddə

məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gəlib, vəhdət namazı qılır və Yaradana dualar edirlər.

Ölkəmizdə tolerantlıq ənənələrinin inkişaf etməsi, yeni keyfiyyət mərhələsinə yüksəlməsi, dinlərarası dialoq və əməkdaşlıq sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanınması səbəbindəndir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə də turistlərin marağı ildən ilə artmaqdadır.

Ölkəmizin ictimai-siyasi həyatında, Azərbaycan mədəniyyətinin təbliği və inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etməliyik. Birinci Vitse-prezident, xanım Mehriban Əliyevanın IV İslam Həmrəyliyi Oyunlarının təşkili sahəsindəki xidmətləri bütün xalqımızı, idmançılarımızı ruhlandırmış və bunun nəticəsi olaraq idmançılarımız komanda hesabı üzrə 75 qızıl, 50 bürünc və 37 gümüş medalla- Birincilik qazanmışlar. Bu bütün Azərbaycanın qələbəsi və sevinci, eyni zamanda gələcək qələbələrin müjdəçisidir.

Azərbaycanın tolerantlıq mühiti, milli-mənəvi dəyərlərə hörmət və ehtiramı, bu sahədə qazandığı praktiki nailiyyətlər, dünya tolerantlıq münasibətlərinə böyük töhfə verməkdədir. Bu Azərbaycan dövlətinin apardığı uzaqgörən və müdrik siyasətinin nəticəsidir.

Mahir Qəribov, Tarix elmləri üzrə fəlsəfə doktoru

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Bu gün, 22:28Referendum keçmişdə qaldı - Abadi Bu gün, 22:21Leyla Əliyeva Zülfiyyəni təbrik etdi Bu gün, 22:11Fransa sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb Bu gün, 21:39Azərbaycanda dekorativ balıqlar yetişdiriləcək Bu gün, 21:07"Rossiya 24" Bakıdan süjet yayımladı Bu gün, 21:05Netanyahudan Rusiyaya: İrana icazə vermərik... Bu gün, 20:51ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya Bu gün, 20:41Türkiyə hökumətindən teraktla bağlı ilk açıqlama Bu gün, 20:39İraq ordusu Kərkükdə peşmərgə heykəlini yandırdı Bu gün, 20:31Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki... Bu gün, 20:28Polis rəisinin müavinini güllələyən şəxs həbs olundu Bu gün, 19:51Ukrayna Ali Radasının qarşısında mitinq keçirənlər çadır qurmağa başlayıblar Bu gün, 18:50Türkiyədə polis avtomobili partladılıb Bu gün, 18:42Sumqayıt ərazisində 40 partlayıcı qurğu tapıldı Bu gün, 18:34“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb Bu gün, 18:22İranlı tələbəni öldürən beş nəfər həbs olunub Bu gün, 18:10"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" Bu gün, 18:01Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq Bu gün, 17:33İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi Bu gün, 17:26Manatın məzənnəsi Bu gün, 17:25Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var Bu gün, 17:09“Biz ayrı yaşasaq da, ...” - Oksana Elşad Xosedən danışdı - VİDEO Bu gün, 17:01Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..." Bu gün, 16:52Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı Bu gün, 16:43700 şirkət Kataloniyanı tərk etdi Bu gün, 16:36Dünya liderləri İlham Əliyevi təbrik etdilər Bu gün, 16:17Moskvada məktəblər boşaldıldı: Dərslər dayandırıldı Bu gün, 16:09SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi Bu gün, 15:55Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün həddi məlum oldu Bu gün, 15:43Azərbaycan bu ölkəyə 355 milyon dollar investisiya yatırdı Bu gün, 15:23Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir Bu gün, 15:05"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir" Bu gün, 14:53DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu Bu gün, 14:45Fikrət Hüseynli haqda həbs qərarı verildi Bu gün, 14:32Səfir: "Üç istiqamətdə atılacaq addımlar əlaqələrimizin inkişafına təkan verər”" Bu gün, 14:20"Sarkisyan status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır" Bu gün, 14:00"İnvestor bazasının yaradılması üzərində iş gedir" Bu gün, 13:55Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatdı Bu gün, 13:47"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..." Bu gün, 13:22"Türkiyə Dağlıq Qarabağa gedən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir