Millimiz İngiltərə ilə qarşılaşa bilər

Sport / Manşet

921

Millimiz İngiltərə ilə qarşılaşa bilər
2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı yığmalar müəyyənləşib.

VOİCEPRESS.AZ-ın AFFA-ya istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində bu gün keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Macarıstan, Bosniya və Herseqovina yığmaları və ilkin seçmə mərhələnin D qrupunun qalibi olacaq komanda ilə birgə 2-ci qrupda yer alıb.

İlkin seçmə mərhələnin D qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaq.

Qeyd edək ki, millimizin yer aldığı 2-ci qrupun oyunları 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.


VOİCEPRESS.AZ


Ранее » Bu gün futbol üzrə DÇ-2018-in talismanı məlum olacaq« Далее Neymar razılıq verdi - O, artıq 2021-ci ilə kimi...
Flag Counter