• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Arsenal”ı cərimələdi

UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Arsenal”ı cərimələdi
UEFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

VOİCEPRESS.AZ Virtualaz.org-a istinadən bildirir ki, iclasda bir sıra məsələlərlə yanaşı, Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) matçında yaşananlar da müzakirə edilib və müvafiq qərar çıxarılıb.

Xatırladaq ki, dekabrın 13-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib. Belə ki, Londonda keçirilən oyunun gedişində əlində "Dağlıq Qarabağ Respublikasının" “bayrağı” olan erməni azarkeşin meydana çıxması, həmçinin görüşün startının gecikməsi İngiltərə klubunun cəzalandırılması ilə nəticələnib. UEFA “Arsenal”a 15 min avro cərimə kəsib. Yeri gəlmişkən, o vaxt stüardlar həmin ermənini vurub meydandan çıxarmaq istəyən "Qarabağ"ın kapitanı Rəşad Sadıxovun əlindən məqamında xilas edə bilmişdilər.

Onu da qeyd edək ki, həmin görüşdə London klubu 1:0 hesabı ilə qalib gəlmişdi.










VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter