“Qarabağ” qalib gəldi-VİDEO

Sport

279

“Qarabağ” qalib gəldi-VİDEO
İyulun 11-də Bakı vaxtı ilə saat 22:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, “Stojice” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.

“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxacaqlar.

***

Donald Gerye matçın 79-cu dəqiqəsində "Qarabağ"ı hesabda irəli çıxardı: 1-0.

***

"Qarabağ" "Olimpiya"ya 1-0 səfərdə qalib gələrək ev matçı öncəsi böyük üstünlük qazandı.




VOİCEPRESS.AZ

Ранее » Qriqorçukdan ÇL-də uğurlu start« Далее Qurban Qurbanov "Qarabağ"ın qələbəsindən danışdı
Flag Counter