İlin transferi reallaşır

Sport

315

İlin transferi reallaşır
“Yuventus” Kristiano Ronaldonun transferini mümkün qədər tez rəsmiləşdirmək istəyir.

VOİCEPRESS.AZ- ın qol.az-Avropa istinadən verdiyi xəbərə görə, bu gün klub rəhbərliyinin təcili toplantısı keçirilib. İclasda tətildən vaxtından tez qayıdan baş məşqçi Massimiliano Alleqri də iştirak edib.

Toplantıda Ronaldonun transferi əsas müzakirə mövzusu olub. İclas başa çatdıqdan sonra Turin klubunun baş direktoru Cuzeppe Marotta və idman direktoru Fabio Paratiçi təcili surətdə Madridə yollanıblar.

Qarşıdakı saatlarda 2 klub arasında razılıq əldə olunacağı gözlənilir. Şənbə günü “Yuventus”un Ronaldonun təqdimetmə mərasimini keçirəcəyi ehtimal edilir.

Qeyd edək ki, “Yuventus” Ronaldo üçün 100 milyon avro xərcləyəcək. Portuqaliyalı ulduzun yeni klubundakı illik maaşı isə 30 milyon avro təşkil edəcək.


VOİCEPRESS.AZ

Ранее » DÇ-2018: Bütün 1/4 finalçılar bəlli oldu« Далее Qadın idman gimnastımız Dünya Kubokunda bürünc medal qazanıb
Flag Counter