• 16:56 – Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 16:09 – Almaniya Qarabağ separatçılarına silah satıb? 14:58 – Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...” 
  • 10:34 – Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 12:46 – Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ 

Şahmatçımız dünya çempionatının qalibi oldu - Video

İtaliyanın Sardiniya adasının paytaxtı Kalyaridə reytinqi 2300-ə qədər olan həvəskar şahmatçılar arasında Dünya çempionatı keçirilib.

VOİCEPRESS.AZ
xəbər verir ki, 56 ölkədən olan 245 şahmatçı üç qrupda (reytinqi 1700-ə qədər, 2000-ə qədər, 2300-ə qədər olanlar) mübarizə aparıb.

Azərbaycan şahmatçısı, 1987-ci il təvəllüdlü Kənan Hacıyev də Dünya çempionatında iştirak edib. İsveçrə sistemi üzrə keçirilən və reytinqi 2000-nə qədər olanların turnirdə yarışan Kənan uğurlu nəticə gösərib. Reytinqi 1959 olan həmyerlimiz yarışa 10-cu sıradan başlayıb və bütün rəqiblərinə qalib gəlməklə 9 xal toplayıb. O, şahmatda çox nadir hallarda rast gəlinən 100 faizlik nəticə göstərib.

Turnirin əsasnaməsinə görə ilk iki kateqoriyada qalib gələn şahmatçılara FİDE utsası titulu verilir. Bundan əlavə şahmatçımıza 500 avro mükafat, kubok və qızıl medal verilib. Mükafatlandırma mərasimində Azərbaycan himni səsləndirilib.



VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter