İdman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərdə finalçılar məlum olub

Sport

297

İdman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərdə finalçılar məlum olub
Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dəstəli at üzərində hərəkətlərdə finalçılar məlum olub.

VOİCEPRESS.AZ
bildirir ki, finala Taybeydən Çi Kay Li, İran gimnastı Səidrza Keyxa, Çin idmançısı Xo Venq və Çunven Vanq, belaruslu Andrey Lixovitskiy, Xorvatiyada Takaaki Suqino, Qazaxıstan təmsilçisi Nəriman Qurbanov və sloveniyalı Saso Bertonsel çıxıb.

Azərbaycan gimnastları Dariy Morozov və Murad Ağarzayev müvafiq olaraq 13 və 33-cü yeri tutub və finala çıxa bilməyiblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.

Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşina, paralel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, paralel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar martın 16-da daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayacaqlar.
Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

VOİCEPRESS.AZ


Ранее » Türkiyəli gimnast: "Azərbaycanda etdiyim hər bir çıxışdan zö...« Далее Ronaldu 1000-ə yaxınlaşır
Flag Counter