Türkiyəli gimnast: "Azərbaycanda etdiyim hər bir çıxışdan zövq alıram"

Sport

261

Türkiyəli gimnast:
Azərbaycanda etdiyim hər bir çıxışdan zövq alıram.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Trend-ə türkiyəli gimnast Fərhad Arıcan deyib.

O, Bakıya altıncı dəfə gəldiyini deyib: "Mən Azərbaycan xalqını çox sevirəm. Azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm. Mən çox şadam ki, bu ölkədəyəm".

Türkiyəli idmançı öz çıxışlarından razı qaldığını bildirib:

"Mən ötən gün paralel qollarda hərəkətlərdə finala çıxdım. Bu gün dayaq tullanmada, turnikdə və dəstəli at üzərində hərəklərdə çıxış edirəm. Dayaqla tullanmada çıxışımı başa vurdum. Fikrimcə, yaxşı çıxış etdim. Qarşıda daha iki alətlə çıxışım var".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.

Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşina, paralel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, paralel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar martın 16-da daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayacaqlar.

Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

VOİCEPRESS.AZ


Ранее » İsveçrədə ÇL və AL-in püşkü atılacaq« Далее İdman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində ...
Flag Counter