Bu gün "Neftçi" və "Qarabağ" qarşılaşacaq

Sport

1 242

Bu gün
Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

VOİCEPRESS.AZ
apasport.az-a istinadən xəbər verir ki, həftəyə 3 qarşılaşma ilə son qoyulacaq.

İkinci oyun gününə Zirədə start veriləcək. Premyer Liqanın ən gənc kollektivləri "Səbail" və "Zirə" sonuncuların meydanında üz-üzə gələcək. Son iki turda xal üzünə həsrət qalan komandalara mövqeyini qorumaq üçün qələbə vacibdi. "Səbail" 7-ci pilləyə düşmək, "Zirə" isə "üçlük"dəki yerini itirmək təhlükəsi ilə üz-üzədir. Bu il keçirdiyi 5 matçda qələbə qazana bilməyən Ayxan Abbasovun yetirmələri "qara zolaq"dan çıxmaq üçün debütantı mövsümdə 3-cü dəfə yenməlidi.

Turun mərkəzi matçında əzəli rəqiblər "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Azərbaycan çempionatlarının daimi iştirakçıları 8-ci km qəsəbə stadionunda qarşılaşacaq. Son iki görüşdə xal itirməyən Tərlan Əhmədovun yetirmələri lideri də büdrətmək əzmindədi. 11 turdu uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməklə çempionluğa doğru addım atmaq niyyətindədi. Son 4 matçı qolsuz tərk etməyən Qurban Qurbanovun yetirmələri 10 xallıq fərqin əriməməsi üçün meydandan qələbə ilə ayrılmalıdı.

Fasilə öncəsi son oyun Sumqayıtda keçiriləcək. 3-cü pilləyə yüksəlmək üçün çalışan "Sumqayıt" çempionatın autsayderi "Kəpəz"i qəbul edəcək. 7 turdu uduzmayan Samir Abasovun yetirmələri doğma azarkeşlər önündə növbəti qələbə qazanmağa köklənib. Ardıcıl 9 matçdı qol buraxan qərblilər xal həsrətini bitirmək iddiasındadı.

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (çərşənbə)

17:00. "Zirə" - "Səbail"

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Fazil Mürşüdov

Zirə İdman Kompleksinin stadionu

18:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

8-ci km stadionu

20:00. "Sumqayıt" - "Kəpəz"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

Sumqayıt şəhər stadionu

VOİCEPRESS.AZ


Ранее » Bu gün İddiaçılar Turnirinin üçüncü turu keçiriləcək« Далее Millimizin heyəti açıqlandı - SİYAHI