"Formula-1"in 2018-ci il mövsümü üçün təqvimi təsdiq edilib

Sport

1 575

Dünya Avtomobil İdman Şurası "Formula-1"in 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib.

VOİCEPRESS.AZ
bildirir ki, mövsüm 21 mərhələdən ibarət olacaq.
İlk yarış martın 25-də, son yarış isə 25 noyabrda keçiriləcək. Azərbaycan Qran-prisi aprelin 29-a təsadüf edəcək. İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.

Formula-1. 2018-ci il mövsümü üçün təqvim

25 mart -Avstraliya Qran-prisi
8 aprel - Bəhreyn Qran-prisi
15 aprel - Çin Qran-prisi
29 aprel - Azərbaycan Qran-prisi
13 may - İspaniya Qran-prisi
27 may - Monako Qran-prisi
10 iyun - Kanada Qran-prisi
24 iyun - Fransa Qran-prisi
1 iyul - Avstriya Qran-prisi
8 iyul - Böyük Britaniya Qran-prisi
22 iyul - Almaniya Qran-prisi
29 iyul - Macarıstan Qran-prisi
26 avqust - Belçika Qran-prisi
2 sentyabr - İtaliya Qran-prisi
16 sentyabr - Sinqapur Qran-prisi
30 sentyabr - Rusiya Qran-prisi
7 oktyabr - Yaponiya Qran-prisi
21 oktyabr - ABŞ Qran-prisi
28 oktyabr - Meksika Qran-prisi
11 noyabr - Braziliya Qran-prisi
25 noyabr - Abu-Dabi Qran-prisi

VOİCEPRESS.AZ


Ранее » AFFA “Qarabağ”ı cərimələdi« Далее Avro-2020-nin A qrupunun 3 oyunu Bakıda keçiriləcək