“Formula 1”in ən təhlükəli döngəsi

Sport / Manşet

3 193

“Formula 1”in ən təhlükəli döngəsi
Bakı Şəhər Halqasını ilk dəfə sınaqdan keçirilən azərbaycanlı gənc pilot Gülhüseyn Abdullyev trekin ən dar və dolanbac hissəsi sayılan Qoşa Qala divarları tərəfdə yerləşən 8-11-ci döngələri dəyərləndirib.

Gülhüseynin fikrincə, trekin bu hissəsi hətda ən təcrübəli pilotlara belə çətinlik yarada bilər:

“Çətindir o hissə. Mən sürəndə daha çətin idi. Çünki baryerlər tam qoyulmamışdı, açıq yerlər var idi. Sürəti daha aşağı salmalı idim. İki faktor var ki, bunlar artıq “Formula 1” pilotlarına şamil olunacaq. Birincisi, üzü yuxarı getməkdir, digəri isə həmin döngənin çox dar olmasdır. Bu iki faktor həmin o döngəni dünyanın ən təcrübəli pilotları olan “Formula 1” pilotları üçün çətin edəcək”.

VOİCEPRESS.AZ

Ранее » "Formula 1" iştirakçıları Bakıda avtoqraf verdilər« Далее Məşhur pilotlar Bakı “Formula-1”inə qiymət verdilər
Flag Counter