Bakı “Formula-1”ə hazırdır

Sport / Manşet

3 292

Bakı “Formula-1”ə hazırdır
Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinin start götürməsinə iki gün qalır.

Bu mötəbər idman yarışı ilə bağlı hazırlıq işləri, demək olar, yekunlaşıb.

Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer jurnalistlərə açıqlamasında komanda və heyətlərlə bağlı işlərin formalaşdığını, yol kənarındakı işlərin tamamlanmalı olduğu, buna görə halqanın əhatə etdiyi yolların bu gecədən etibarən bağlanacağını söyləyib.

Yarışı izləmək istəyən tamaşaçılar üçün ayrılan sektorlar da artıq hazır vəziyyətə gətirilib. Trass boyu 9 əsas müvəqqəti tribuna tamaşaçıların ixtiyarına veriləcək. Pit-stopun qarşısında yerləşən 5 mərtəbəli tribuna əsas tribuna hesab olunur. Burada tamaşaçılar üçün 5 000 oturacaq nəzərdə tutulub. Üstəlik, yarışı izləmək istəyən əlil tamaşaçılara 24 yer ayrılıb.

Qeyd edək ki, Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.

VOİCEPRESS.AZ

Ранее » Rusiya Slovakiya, Fransa isə Albaniya ilə üz-üzə« Далее Amerika Kuboku-2016: 1/4 finalın cütlükləri bəlli oldu
Flag Counter