2018-ci il Formula 1 Azərbaycan Qran Prisinin vaxtı məlum oldu

Sport / Manşet

1 620

2018-ci il Formula 1 Azərbaycan Qran Prisinin vaxtı məlum oldu
2018-ci ildə Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

VOİCEPRESS -in məlumatına görə, bu, Beynəlxalq Avtomobil Federasiyasının dərc etdiyi ilkin təqvimdə qeyd olunub.

2018-ci ildə Azərbaycan Qran Prisi təqvim üzrə dördüncü yarış olacaq.

Bundan başqa, növbəti mövsümdə 21 mərhələ nəzərdə tutulub. Almaniya Qran Prisi birillik aradan sonra yenidən təqvimə salınıb.

Malayziya Qran Prisi isə gələn il üçün nəzərdə tutulan təqvimdən çıxarılıb. Onun əvəzinə 10 illik fasilədən sonra Fransa Qran Prisi baş tutacaq.

Qeyd edək ki, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.

VOİCEPRESS.AZ

Ранее » FİFA meneceri: “Qarabağ” Qafqazın ən güclü, ən yaxşı koma...« Далее Ronaldu məhkəmə qarşısına çıxacaq