• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Kriştiano Ronaldo dünyanın ən varlı idmançısıdır

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb. VOİCEPRESS-in məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.

O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldo gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon.

Dünyanın ən çox qazanan 10 idmançısı:

1. Kriştiano Ronaldo (futbol) - $ 88 mln
2. Lionel Messi (futbol) - $ 81,4 mln
3. Lebron Ceyms (basketbol) - $ 77,2 mln
4. Rocer Federer (tennis) - $ 67,8 mln
5. Kevin Dürant (basketbol) - $ 56,2 mln
6. Novak Cokoviç (tennis) - $ 55,8 mln
7. Kem Nyuton (Amerika futbolu) - $ 53,1 mln
8. Fil Mikelson (qolf) - $ 52,9 mln
9. Cordan Spayet (qolf) - $ 52,8 mln
10. Kobi Brayant (basketbol) - $ 50 mln


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter