• 16:56 – Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 16:09 – Almaniya Qarabağ separatçılarına silah satıb? 14:58 – Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...” 
  • 10:34 – Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 12:46 – Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ 

2018-ci il dünya çempionatının püşkatma mərasimi Kremldə keçiriləcək

Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Kreml Qurultaylar Sarayında keçiriləcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə baş nazir Dmitri Medvedevin keçirdiyi iclasda Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.

O, püşkatma mərasiminin bu il dekabrın 1-də baş tutacağını deyib: "FİFA-ya püşkatmanın Kremldə keçirilməsini təklif etdik. Bütün bunlar FİFA-nı qane edir. İndi isə püşkatma mərasiminə hazırlaşırıq".

Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Hazırda çempionatın ayrı-ayrı qitələr üzrə seçmə mərhələsi keçirilir. Avropa zonasında seçmə mərhələdə C qrupunda yer alan Azərbaycan millisi 4 oyundan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter