"Mançester Yunayted" daha bir futbolçu ilə vidalaşır

Sport / Manşet

622

"Mançester Yunayted" daha bir futbolçu ilə yolları ayırmağa çox yaxındı.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, Eşli Yanq "mankunianlar"ı tərk etməyə qərar verib.

Baş məşqçi Joze Mourinyo tərəfindən az şans qazandığını deyən Yanqın karyerasını Çində davam etdirmək variantı yaranıb. Belə ki, "Şandun Lunen" klubu 32 yaşlı futbolçunun xidmətində maraqlıdı. Bununla yanaşı, Yanqın İngiltərədən 3 təklif aldığı bildirilir.

"Mançester Yunayted" rəhbərliyi təcrübəli yarımmüdafiəçini icarəyə verməyə razı olmasa da, onunla yolları birdəfəlik ayırmağa hazırdı.

Qeyd edək ki, karyerası ərzində "Uotford" və "Aston Villa" klublarının da formasını geyinmiş Yanq 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

VOİCEPRESS.AZ


Ранее » Vengerə ağır cəza verilə bilər« Далее 2018-ci il dünya çempionatının püşkatma mərasimi Kremldə keçi...
Flag Counter