Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü

Sport / Manşet

966

Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşdü
2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

VOİCEPRESS
apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.

Azərbaycan millisi 11-ci qrupda yer alıb. Yığmamız İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq.

Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin "üçüncülər" arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə əldə edəcək.

Qeyd edək ki, final mərhələsinin meydan sahibi İngiltərə və yarışa elit-raunddan başlayacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdən azaddır.


VOİCEPRESS.AZ


Ранее » Hansı oyun hansı kanalda?« Далее Messi evlənməyə hazırlaşır
Flag Counter