Formula-1 “Azərbaycan Qran-Prisi”nin biletləri satışa çıxarılır

Sport / Manşet

1 542

Formula-1 “Azərbaycan Qran-Prisi”nin biletləri satışa çıxarılır
2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə “Azərbaycan Qran-Prisi”nin biletləri bu gündən satışa çıxarılır.

VOİCEPRESS xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, ilk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq.

Daha sonra satış tam qiymətlər üzrə davam edəcək.

Qeyd edək ki, “Azərbaycan Qran-Prisi” gələn il 23-25 iyunda keçiriləcək.


VOİCEPRESS.AZ


Ранее » "Real"ın Klublarası dünya çempionatı üçün heyəti açıqland...« Далее Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyində...