Məlahət İbrahimqızı: “Wikipedia”da Azərbaycanın tanınmış dövlət xadimləri barəsində şər-böhtan xarakterli məlumatlar qeyd olunur

Siyasət / Manşet

610

Məlahət İbrahimqızı: “Wikipedia”da Azərbaycanın tanınmış dövlət xadimləri barəsində şər-böhtan xarakterli məlumatlar qeyd olunur
Deputat Məlahət İbrahimqızı “Wikipedia”da Azərbaycanın tanınmış dövlət xadimləri barəsində şər-böhtan xarakterli məlumatların qeyd olunmasına narazılığını bildirib.

VOİCEPRESS.AZ-ın xəbərinə görə, Məlahət İbrahimqızı Milli Məclisin iclasında bu yaxınlarda bir neçə dövlət xadimi haqqında belə yanlış məlumatların şahidi olduğunu deyib:

“Mən müraciət etdim, dəyişikliklər edildi. Bir neçə gündən sonra yanlış məlumatlar yenidən təkrarlandı. O cümlədən “20 Yanvar”la bağlı səhv məlumatlar var. “Wikipedia”da bunu necə tənzimləmək olar - bunu bilmirəm. Bildiyimə görə, bunu həyata keçirmək çox çətin məsələdir. Amma prokururluq əməkdaşlarına bu barədə müraciət etmək lazımdır”.


VOİCEPRESS.AZ


Ранее » Əflatun Amaşov: "10 reklamdan 8-i əcnəbi dildədirsə, dil necə inkişaf...« Далее Fərəc Quliyev Rusiya-Ermənistan hərbi birliyinin yaradılmasına sərt et...