Dördgünlük müharibədən sonra cəbhədə ilk monitorinq

Siyasət / Manşet

3 248

Dördgünlük müharibədən sonra cəbhədə ilk monitorinq
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinqin mayın 11-də keçirilməsi planlaşdırlır. Monitorinq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində olacaq.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçisi Piter Svedberq və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinə birbaşa məsul olan nümayəndəsi Tomas Lenk izləyəcək.

Bu, cəbhə xəttində aprel ayında vəziyyət gərginləşəndən sonra baş tutacaq ilk monitorinq olacaq. Belə ki, təmas xəttində son monitorinq martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığında olub. Monitorinq insidentsiz başa çatmışdı.

VOİCEPRESS.AZ


Ранее » Prezident və ailəsi Fəxri Xiyabanda« Далее Ermənistan Moskvanı Azərbaycana köməkdə ittiham edir