Mogerini: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələdir”

Siyasət / Manşet

3 266

Mogerini: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələdir”
“Bu tədbirin təşkili üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik”.

VoicePress.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib. O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi yalnız şaxələndirməyə deyil, enerji təhlükəsizliyi və siyasi-iqtisadi əlaqələrin gücləndirilməsinə töhfədir: “Bu prosesə verdiyi təkana görə Avropa İttifaqı adından Azərbaycana minnətdarlıq edirəm. Cənub Qaz Dəhlizi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələdir”.

F. Mogerini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir: “Regionda sabitliyin bərqərar olması vacibdir. Avropa İttifaqı Cənubi Qafqazda sülhün qorunması ilə bağlı davamlı səylərini davam etdirir”.

Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç isə aparılan müzakirələrin səmərəli olduğunu vurğulayıb: “Bütün ölkələrdə layihənin gedişi ilə bağlı tərəqqi var. Cənub Qaz Dəhlizi çox vacib regionda reallaşdırılır. Bu toplantının növbəti dəfə təşkil olunmasına görə prezident İlham Əliyevə təşəkkür edirəm”.




Gülçin

Ранее » Federika Mogerininin Azərbaycana səfəri başlayıb« Далее İlham Əliyev ölkəni tamamilə dəyişəcək islahatlara start verir