NATO PA-nın prezidenti Siyavuş Novruzovun suallarına cavab verə bilmədi

Siyasət / Manşet

1 148

NATO PA-nın prezidenti Siyavuş Novruzovun suallarına cavab verə bilmədi
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci illik sessiyasında çıxışı zamanı NATO PA-nın prezidenti Maykl R.Turnerə sual ünvanlayıb.

S.Novruzov VOİCEPRESS.AZ-a bildirib ki, o, çıxışında Ermənistanın işğalçı dövlət ola-ola hansı haqla NATO PA-nın sessiyasında iştirakı barədə sual verib: "Bu gün biz burada Rusiyanı işğalçılıqda ittiham edirdik. Amma Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Ermənistan işğalçı dövlət ola-ola hansı haqla burada iştirak edir və suallar verir?"

Millət vəkili qeyd edib ki, bu gün Suriyadan terrorçular Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarına yerləşdirilir. O bildirib ki, Ermənistanın terrorçu hərəkətləri və terrorçulara dəstək verməsi dünya ictimaiyyətinə məlumdur.

Milli Məclisin deputatı Ermənistanın qonşuluq siyasəti barədə iddiaları barədə də NATO PA-nın prezidentinə sual verib: “Ermənistan Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verib, illərlə Türkiyəyə qarşı ərazi iddiasında olub, Gürcüstan torpaqlarına ərazi iddiası var, Azərbaycan ərazilərinin isə 20 faizini işğal edib. Lakin burada Ermənistan qonşuluq siyasətindən danışır. Axı Ermənistanın bölgədə hansı qonşu dövlətlə münasibəti var?"

NATO PA-nın prezidenti S.Novruzovun suallarına aydınlıq gətirə bilməyib, o, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupunun birbaşa məşğul olduğunu qeyd etməklə kifayətlənib.


VOİCEPRESS.AZ


Ранее » Ədliyyə Naziri Fikrət Məmmədov kimdir?« Далее Vladimir Jirinovski: Donald Trampın prezidentliyi dövründə Dağlı...
Flag Counter