Ədliyyə Naziri Fikrət Məmmədov kimdir?

Siyasət / Manşet

25 671

Ədliyyə Naziri Fikrət Məmmədov kimdir?
Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirmişdir.

VOİCEPRESS.AZ-ın məlumatına görə, əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir.

Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilmişdir. 2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilmişdir. 2005-ci ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbayjan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

Ədliyyə Naziri Fikrət Məmmədov kimdir?

Azərbaycan Respublikasının ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 30 iyun 2015-ci il tarixində Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir.

I dərəcəli Dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsinin üzvüdür. O, həmçinin, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüdür. 2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidenti seçilib.

Ədliyyə Naziri Fikrət Məmmədov kimdir?

Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst danışır. Evlidir, 3 uşağı var.

Qeyd edək ki, Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi tə'sis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab H.Ə.Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Ədliyyə işçilərini təbrik edir, onlara işlərində uğurlar arzu edirik.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Ранее » Azərbaycan Respublikası Ədliyyə Nazirliyi« Далее NATO PA-nın prezidenti Siyavuş Novruzovun suallarına cavab verə bilməd...