İlham Əliyev Latviya Prezidenti və Oman Sultanını təbrik edib

Siyasət / Manşet

1 655

İlham Əliyev Latviya Prezidenti və Oman Sultanını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Raymonds Veyonisə təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd olunur: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı, ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

İlham Əliyev Omanın Sultanı Qabus bin Səidi də təbrik edib.

Məktubda deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram".


VOİCEPRESS.AZ


Ранее » XİN rəsmisi: Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağl...« Далее Deputatlar etiraz etdilər – “Biz dünən də bunu iki saat araşd...