Azərbaycanın qəhrəman oğlu: İsmət Qayıbov

Siyasət / Manşet

2 502

Azərbaycanın qəhrəman oğlu: İsmət Qayıbov
İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almış, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilir.

1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilir. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.

1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibədə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir. O, həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirir ki, o şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri seçib. Amma erməni separatçılarının törətədiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır. Qayıbov Quqarkda azərbaycanlılara qarşı tördələn dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını "biabırçılq" adlandırmışdı. O, 20 yanvar faciəsini "Azərbaycan xaqlnın öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırır və bildirir ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar".

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.

VOİCEPRESS.AZ-ın məlumatına görə, Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir.

Azərbaycanın qəhrəman oğlu: İsmət Qayıbov

İsmət Qayıbovu ermənilər çoxdan hədəfə almışdılar, çünki o cinayətkar ermənilərə divan tutan məsuliyyətli və vəzifəsini vicdanla icra edən bir prokuror idi. Ermənilər hətda onun başına pul mukafatı da qoymuşdular. Çünki o gələcəkdə Azərbaycanın torpaqlarının alınmasında ermənilərə mane olacaq önəmli dövlət məmurlarından biri idi. Onlar bu çirkin planını 1991-ci il noyabırın 20-də Qarakənd faciəsiylə həyata keçirirlər. İçində Azərbaycan üçün çox önəmli dövlət xadimlərinin olduğu ümumilikdə 22 nəfərdən ibarət helipkopter düşmənin xain planı nəticəsində vurulur. Faciə baş vermiş ərazidə bir sutka ermənilər və ruslar "təmizlik işləri" apardıqdan sonra azərbaycanlı nümayəndələrə cəsədləri götürmək üçün və ekspertiza üçün icazə verilir. Helipkopterin "qara qutusu" isə guya yanıb tamam mehv olduğu üçün azərbaycanlı ekspertlərə verilmir. İsmət Qayibovun həlakıyla bağlı müxtəlif fikirlər dolaşir, kimisi onun ermənilərin əsr götürdüyünü iddia edir, kimisi də cəsədinin tamamilə yandığını. Amma bu günə qədər Qarakənd faciəsinin sirri hələdə tam açılmayıb. Vətənini sevərək ona vicdanla xidmət göstərən,xidməti vəzifəsini şərəflə icra edərək misilsiz xidmətlər göstərən və xaincəsinə qurulmuş plan nəticəsində həlak olan Azərbaycanın qəhrəman oğlunu hörmətlə anırıq və unutmuruq.

İsmət Qayıbov evli idi, iki övladı var.

Gəncə şəhərində təhsil aldığı 1 saylı orta məktəb, Bakıdakı Bakıxanov qəsəbə stadionu, Qubadlı rayonunda onun adına Saray kənd tam orta məktəbi, Maştağa qəsəbəsində İdman Təlim Mərkəzi, Mingəçevirdə 10 saylı tam orta məktəb və neft tankeri onun adını daşıyır. Sumqayıtda 1 saylı tam orta məktəbi və küçə onun adını daşıyır. İsmət Qayıbovun abidəsi Bakıdakı Fəxri Xiyabanda yerləşir.

Allah rəhmət eləsin!

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Ранее » Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edi...« Далее "İrəvan Qarabağ danışıqlarının formal iştirakçısına çevr...
Flag Counter