Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Siyasət / Manşet

33 147

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
Azərbaycan Respublikasının Bayrağı - Azərbaycan Respublikasının rəsmi simvollarından biridir.

1918-ci il mayın 28-də tarixdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.

"Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin."

Bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu. Əfqani "Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti" və "İslam birliyi" kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:
Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur".

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:

Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.

1980-cı illərin sonlarında AXC bayrağı milli hərəkatın kütləvi tədbirlərində istifadə olunurdu. Bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Azərbaycan bayrağına hörmətsizlik cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər -iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.


Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Bayrağımız qürur mənbəyimizdir!

Ulu öndər Heydər Əliyev bayrağımız haqqında demişdir: - "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."

Ölkəmizdə bayrağa yüksək qiymət verilir. 2007 - ci il noyabrın 17 - də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Meydanın təntənəli açılışı 2010 -cu il sentyabrın 1 - də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilmişdir.
Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Ginnes Dünya Rekordları Təşkilatı 2010 -cu il mayın 29 -u Azərbaycanın Dövlət bayrağı dirəyini ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Bu gün torpaqlarımızın 20%-i murdar erməni ayaqları altında qaldığından, Azərbaycan bayrağının ictimai-siyasi mənası daha şərəfli mahiyyət daşıyır. Azərbaycan oğullarının bu zər qumaşlı bayrağı Qarabağımız üzərində dalğalandıracaqlarına ürəkdən inanırıq:

Sənsən Azadlıq eşqim,sənsən Hürr -deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı,

Azərbaycan bayrağı!

Hər birinizi Bayraq Günü münasibəti ilə təbrik edir və deyirik:

Daim zirvədə ol, dalğalan ey Bayrağım!

Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Ранее » "Azəri-Çıraq-Günəşli ətrafında güclü zəlzələ ocaqları v...« Далее Ermənistan ordusu Azərbaycan torpaqlarını dərhal tərk etməli, q...