Azərbaycanın da adı var...

  • 28-10-2016, 18:16
  • 350
Azərbaycanın da adı var...
“Beynəlxalq Ana Dili Gün”ü (International Mother Language Day), əslində YUNESKO- nun 17 noyabr 1999-ci ildə baş tutan konfransında keçirilməsinə qərar verilmişdi. 2000-ci ildən etibarən isə 21 fevral tarixində hər il keçirilir. Bayramın qeyd edilməsi məqsədi çoxdilliyin, dil mədəniyyətinin qarşılıqlı təbliği idi. Qeyd edək ki, BMT-nin Baş Assambleyası öz qətnaməsində 2008-ci ili Beynəlxalq dillər ili elan etmişdi. (International Year of Languages). 2010-cu il isə mədəniyyətlərin yaxınlaşması adına Beynəlxalq il kimi qeyd edilmişdi. (International Year for the Rapprochement of Cultures).
“Beynəlxalq Ana Dili Günü”nün tarixi də özünə görə tarixi anlam daşıyır. Belə ki, 21 fevral 1952-ci il tarixində Dəkkənin paytaxtı Banqladeşdə bir tələbə polis gülləsindən vəfat edib. Tələbə oğlan küçədə nümayiş edərək dillərinin dövlət dili kimi tanınmasını istəyirmiş. Həmin tarix Beynəlxalq Ana dili günü kimi YUNESKO-nun təşəbbüsü ilə qeyd edilməyə başlayıb.

Bu gün bir çox xarici dövlətlər “Beynəlxalq Ana Dili Gün”ü ilə bərabər öz dövlət dillərinin də, yaranma günlərini, bayram kimi və ya özəl bir gün kimi qeyd edirlər. Misal üçün 14 mart tarixində Estoniya 1996-cı ildən etibarən hər il “Doğma dil” və ya “Ana dili” bayramını qeyd edir. Bu tarix estonların ayzıçı və şairi Kristian Yak Petersonun doğum günü tarixinə həsr edilib. Çünki məhz Eston ədəbi dilinin əsasını məhz sözü gedən yazıçı qoyub. Estonlar bildirir ki, məhz dil bir millətin milli və mədəni devizi hesab edilir.
“Fransız dili” Fransada bayramını bu yaxınlarda, yəni 10 mart 2010-cu ildə BMT-nin təşəbbüsü ilə əsis ediblər. Fransızların dil bayramının tarixi Beynəlxalq Frankofoni gününün yaranma tarixinə təsadüf edir. Frankofoni- fransuz dilli ölkələrin üzv olduğu bir təşkilatdır. Həmin təşkilata nə az, nə çox düz 56 ölkə daxildir. Əslində sözü gedən təşkilata üzv olmaq üçün mütləq sürətdə fransız dilini bilmək gərəkmir. Üzvlər arasında Fransa ilə mədəni bağlılığın olması yetərli hesab edilir. Misal üçün Frankofoniyə üzv dövlətlər arasında Ukrayna və Baltik ətrafı ölkələri göstərmək olar Frankofoni 20 mart 1970-ci ildə Nigerdə yaradılaraq, artıq 40 ildən çoxdur fəaliyyət göstərir.
“FİN dili” Finlyandiyada gününü 9 aprel tarixində qeyd edirlər. Bu günü həmçinin finlər “Mikelya Aqrikopa günü” kimi də adlandırırlar. (Finnish Language Day). Həmin gün Finlyandiyada istirahət günü hesab edilmir. Lakin həmin gün dövlət bayrağı qaldırılır. Böyük fin xadimi Mikelya Aqrikopanın doğum günü ilə bağlı “Fin dili” bayramını finlilər böyük ehtiramla yad edirlər. Çünki məhz Arikopa tərəfindən 1543-cü ildə fin əlifbası yaradılıb.
“Rusi dili” bayramı da, 2010-cu ildə təsis edilib. Qeyd etmək gərəkir ki, rus dili BMT-nin rəsmi dillərindən biridir. Elə ona görə də, BMT özü onun 6 rəsmi dillərindən ibarət dil bayramı təsis etməyi uyğun hesab etmişdi. “Rus dili” bayramı da,YUNESKO-nun təşəbbüsü ilə yaradılan “Beynəlxalq Ana Dili” bayramı kimi 21 fevral tarixində qeyd edilir. Çünki məhz 21 fevral A. S. Puşkinin doğum günü tarixidir. Məhz A.S.Puşkin müasir rus bədii dilinin yaradıcısı hesab edilir.
“Çin dili” bayramı da, BMT-nin digər rəsmio dilləri kimi 2010-cu ildə təsis edilib. “Çin dili” bayramı hər il 20 aprel tarixində, çin heroqloflərinin yaradıcısı hesab edilən Tsan Tsenin xatirəsini yad etmçək məqsədi ilə qeyd edilir. Tsan Tse böyük çin imperatoru Xuan Dinin yanında çalışdığı zaman piktorqamlardan ibarət əlifba tərtib edir. Daha sonra həmin piktoqramlar heroqliflər üçün istifadə edilib.
İlk dəfə olaraq “İngilis dili” bayramını BMT-nin digər rəsmi dilləri ilə eyni vaxtda 2010-cu ilə qeyd etməyə başladılar. BMT-nin ictimaiyyətlə əlaqələr şöbəsi bu önəmli bayramın eyni ildə ancaq hər dövlət üçün özəl bir gündə keçirilməsinə izin verilib. Burada məqsəd ilin hansı günü olmasından asılı olmayaraq dil bayramını qeyd etməklə dünyada çoxdilliyik ənənəsini təbliğ etməkdir.
“İngilis dili” bayramı hər il böyük ingilis yazıçısı, şairi, dünyanın ən məşhur dramaturqu Uilyam Şekspirin doğum günü tarixi qeyd edilir. Bu gün ingilis dili “dünyəvi dil” hesab edilir. İngilis dilində 10-dan çox dövlətdə milyardlarla insan danışır. İngilis dili nəinki ingilislərin, o həm də, ABŞ, İrlandiya, Kanada, Malta, Avstraliya, Yeni Zellandiya əhalisinin dili hesab edilir. İngilis dili bu gün Afrika və Asiyanın bir sıra dövlətlərinin dövlət dilidir.
“Azərbaycan dili” Ulu Önəd Heydər Əliyevin təşəbbüsü ilə digər dil bayramlarından daha əvvəl hələ 2001-ci il 9 avqust tarixində verdiyi sərəncama əsasən hər il 1 avqust tarində qeyd edilir.

20 yanvar Kazaxıstan dili, 23 sentyabr Qırğız dili, 18 dekabr Ərəb dili, 12 oktyabr İspan dili, 9 noyabr Ukrayna dili, 26 senytabr Avropa dilləri bauyramı günü kimi qeyd edilir.

Ümumilikdə 22 dil bayramı qeyd edilir.






VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    ABŞ səfiri BMT-də Rusiyanı xəbərdar etdi və Qarabağ məsələsini qaldırdı
    İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir
    İlham Əliyev Bruney Sultanını təbrik edib
    Qar geri qayıdır
    Aprelin 1-dən nəqliyyatda gediş haqları aşağı salınır
    Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi
    Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu
    Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq
    Makedoniya parlamentinin üzvü:
    Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
    Azərbaycan Xalça Muzeyi Binəqədi gənclərində xoş təəssürat oyadıb
    Abituriyentlərə MÜRACİƏT
    Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
    Yerevanda 2008-ci il mitinq qurbanlarının xatirəsinə yürüş keçiriləcək
    Nazir:
    Fevralın 23-nə manatın məzənnəsi
    Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    Hərbi qulluqçumuz şəhid olub
    Lavrov erməni həmkarını təltif etdi -
    ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
    Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
    Pərviz Heydərov:
    Dəvətsiz İraq və Suriyaya girənlər bu ölkələrdən çıxmalıdırlar - İran rəsmisi
    Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş xüsusi buraxılış işıq üzü görüb
    Qənirə Paşayeva:
    Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib
    Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
    Novruz Məmmədov:
    Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
    Ramil Usubov oğlunu rəis təyin etdi
    IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi
    Çində fabrikdə partlayış baş verib: 3 ölü
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir