• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

İstefada olan general-mayor Əli İmran oğlu Kazımov vəfat edib

Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz vermişdir. Uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov 2016-cü il oktyabr ayının 26-da ömrünün 60-cı ilində vəfat etmişdir.
Əli İmran oğlu Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olub.
1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis - şturman" ixtisasına yiyələnib.
Ə.İ.Kazımov 1978-1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı kimi göstərilən etimadı layiqincə doğruldub.
1989-1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakultəsində ali hərbi təhsil alan zabit Ə.İ.Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat-səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirib.
1993-cü ilin dekabr ayından 1994-cü ilin sentyabr ayınadək cəbhə bölgəsində "N" nömrəli briqada komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib.
1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat-Səfərbərlik İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir.
Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Ə.İ.Kazımova "1-ci dərəcəli kapitan" və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdır.
Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 10 döyüş medalı ilə təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı idi.
Xidmət etdiyi dövrdə daima hərbi kollektivdə nüfuz qazanmış, komandanlığın etimadını doğrultmuşdur. İstefada olan general-mayor Əli İmran oğlu Kazımovun əziz xatirəsi Silahlı Qüvvələr şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH rəhmət eləsin!


Müdafiə Nazirliyinin rəhbərliyi

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter