Azərbaycanın ən gənc və ən yaşlı naziri

Siyasət / Manşet

7 417

Azərbaycanın ən gənc və ən yaşlı naziri
Azərbaycanda 19 nazir var. Onların ən cavanı Ramin Quluzadə 39 yaş, ən yaşlısı isə Azərbaycan Respublikasının Baş Naziri Artur Rəsi-zadədir 81 yaş.

VOİCEPRESS.AZ Azərbaycan Respublikası nazirləri haqda qısa məlumatı təqdim edir.


Azərbaycanın ən gənc və ən yaşlı naziri

Bundan öncə nazirin birinci müavini vəzifəsində çalışan Ramin Quluzadə Azərbaycanda ən cavan nazirdir. 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olan nazirin 39 yaşı var. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Ailəlidir, 2 övladı var.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilmişdir. Evlidir, 2 övladı var.
Mikayıl Cabbarov - Təhsil Naziri -40 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmişdir.
Həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidentidir. Ailəlidir, 3 övladı var.
Şahin Mustafayev - İqtisadiyyat Naziri - 51 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Fazil Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. 2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr Naziri tәyin edilib. Azərbaycan Güləş Federasiyasının prezidentidir. Ailәlidir, üç övladı var.
Fazil Məmmədov - Vergilər Naziri - 52 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1981-ci ildə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. Ailəlidir, bir övladı var.
Azad Arif oğlu Rəhimov - Azərbaycan Respublikasının Gənclər və İdman naziri - 52 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi almışdır. 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır. Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur. Evlidir, iki övladı var.
Samir Şərifov - Maliyyə Naziri - 55 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. Ailəlidir. 2 övladı var.
Kəmaləddin Heydərov - Fövqəladə Hallar Naziri - 55 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib. Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var.
Səlim Müslümov - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri - 55 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Elmar Məhərrəm oğlu Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olmuşdur. 1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil almışdır. 2 aprel 2004-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər Naziridir. Xarici dillərdən ingilis, rus və türk dillərini bilir.
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının Xarici İşlər Naziri -56

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Zakir Həsənov 9 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir. Alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir. Ailəlidir. 1 oğlu, 1 qızı var.
Həsənov Zakir - Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik - 57 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir. 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Ailəlidir. Üç övladı var.
Heydər Əsədov — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri-57 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1994-2001-ci illərdə Gənclər və İdman Naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm Naziri olub. 2006-cı ildən Mədəniyyət və Turizm Naziridir. Ailəlidir, bir övladı var.
Əbülfəs Qarayev — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri- 60 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2015-ci il dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilmişdir.
Bağırov Hüseynqulu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri- 61 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirmişdir. Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst danışır. Evlidir, 3 uşağı var.
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri - 61 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Ziya Məmmədov - Azərbaycan Respublikasının I nəqliyyat naziri - 64 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Oqtay Şirəliyev 1950-ci ildə Bakıda anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktorudur. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilmişdir.
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri - 66 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib. Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Evlidir,3 oglu var.
Yavər Camalov – Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri- 67 yaş

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir. Ailəlidir, üç övladı var.
Ramil Usubov -Azərbaycan Respublikasının daxili işlər naziri -68 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirmişdir. 2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, bir oğlu var.
Əliyev Natiq - Azərbaycan Respublikasının energetika naziri-69 yaş.

Azərbaycanın ən gənc və ən yaşlı naziri

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. 2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.
Rasi-zadə Artur - Azərbaycan Respublikasının Baş Naziri-81 yaş.


Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Ранее » Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinə laqeyd qala bi...« Далее Deputat: "Hər məzarın yanında bayraq sancmaq bayağı olar"
Flag Counter