Prezidentlər İlham Əliyev və Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət / Manşet

579

Prezidentlər İlham Əliyev və Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər
Oktyabrın 22-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.

VOİCEPRESS.AZ
xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzaladılar.
***
VOİCEPRESS.AZ xəbər verir ki, oktyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.

VOİCEPRESS.AZ


Ранее » Venesuela Prezidenti: Azərbaycan və Venesuela OPEC və qeyri-OPEC d...« Далее Venesuela prezidenti Nikolas Maduronun Azərbaycana rəsmi səfəri ba...
Flag Counter