Ermənistanın gərəksiz tərəfdaş olduğunu qəbul etməməsi, onu beynəlxalq təşkilatlar qarşısında hələ çox utandıracaq...

  • 17-10-2016, 23:59
  • 585
Ermənistanın gərəksiz  tərəfdaş olduğunu qəbul etməməsi, onu beynəlxalq təşkilatlar qarşısında hələ çox utandıracaq...
Siyasi dairələrin Cənubi Qafqazda Gürcüstan və Azərbaycanla hesablaşması artıq beynəlxalq arenada da, dünya ictimaiyyəti tərəfindən rəsmi İrəvanın “maşa dövlətçik” kimi qəbul edilməsini sübuta yetirir.


Ötən gün İrəvanda eyni vaxtda bir neçə Avrasiyanı əhatə edəcək tədbirlər keçirildi. KTMT-nin sammiti və Rusiya biznesmenlərinin, eləcə də, məmurlarının iştirakı ilə keçirilən Avrasiya İttifaqı Forumu bir daha nə qədər absurd olduğunu sübut edəcək tərzdə nümayiş olundu. Xüsusən Avrasiya İttifaqı Forumunun gərəksiz və düşünülməmiş strukturdan ibarət olması diqqətlərdən qaçmadı. Ümumiyyətlə İrəvan sammitindən sonra hər ikisini birlik və blok adlandırmaq çətin məsələdir.

Birliyin və blokun üzvlərinin ümumi maraqları, məqsədləri olur. Amma Avrasiya İttifaqının mövcud strukturu məşhur “ Qu quşu, xərçəng və Durna” balığından bəhs edən rus təmsilini xatırladır.

Çünki keçirilən tədbir çərçivəsində adət aldığı kimi yekun qətnamə nə qəbul olunmadı, nə də, səsləndirilmədi. Bununla yanaşı daha əvvəl gedən danışıqlar da, neytralizə olundu. əgər xatırlayırsınızsa, Lukaşenko vaxtı ilə deyirdi ki, Avrasiya İttifaqı ilə bağlı qəti qərar verilməyən danışıqları prezidentlər səiyyəsinə daşımağa ehtiyac yoxdur. Görünür, Belarus prezidenti Aİ strukturunun elə bu qeyri adekvatlığını nəzərdə tuturdu.

Sammitdə KTMT-yə yeni baş katibin təyin olunması ilə bağlı da, heç bir qərar verilmədi. Hətta bu məsələ ilə bağlı sualların ilin sonunda öz həllini tapması adı altında Sankt-Peterburqda keçiriləcəyi nəzərdə tutulan növbəti sammitə qədər təxirə saldılar. Görünür, KTMT-nin yeni baş katibinin Ermənistandan seçilməsi blok üzvlərinin ürəyincə deyil. Çünki daha əvvəl KTMT-nin yeni baş katibinin məhz rəsmi İrəvanı təmsil edəcəyi vurğulanırdı.
Anlaşıldığı kimi Qazaxıstan prezidenti Nazarbayevin İrəvana getmək ərəfəsində xəstələnməsi və sammitin bitməsindən dərhal sonra sağalaraq iş başına dönməsi, RF prezidenti V. Putinin İrəvana Azərbaycandan belə uçuşu haqqında yayılan söz-söhbətlər bir çox blok üzvlərini düşünməyə vadar edib.

Hətta bu kimi baş vermiş siyasi manevrlərə erməni şərhçiləri olduqca maraqlı yanaşma nümayiş etdirirlər. Onların fikrincə blok və sammit üzvləri İrəvana toplaşdıqları üçün Azərbaycan prezidenti İ. Əliyevin bu durumdan rahatsız olmaması üçün xüsusi səy göstərir: “Elə ona görə də, İrəvan görüşlərinin mahiyyətini sıfıra endirməyə nail olurlar. Faktiki olaraq, İrəvan görüşü Azərbaycan işarəsi altında keçdi. Sanki Ermənistan KTMT-də öz yerində yox, Azərbaycanın yerində oturub. Hər halda KTMT-yə üzv dövlətlərlə Azərbaycanın özünə məxsus xüsusi maraqları var.

Buna görə də, İrəvanda baş tutan sammit əslində pozitiv olaraq yadda qaldı. Çünki digər dövlətlərdə KTMT-nin baş tutan sammitləri daha ciddi şəkildə keçirildiyi təqdim edilirdisə, İrəvan sammiti bu təşkilatın boş və gərəksiz olduğunu bütün çılpaqlığı ilə aşkar etmiş oldu. Belə ki, KTMT-nin nümayəndələri İrəvan sammitindəki mövcud ab-havanın fərqində olduqlarını heç gizlətmirdilər də...

Görünür, Ermənistanın gərəksiz tərəfdaş olduğunu qəbul etməməsi, onu beynəlxalq təşkilatlar qarşısında hələ çox utandıracaq. Siyasi dairələrin Cənubi Qafqazda Gürcüstan və Azərbaycanla hesablaşması artıq beynəlxalq arenada da, dünya ictimaiyyəti tərəfindən rəsmi İrəvanın “maşa dövlətçik” kimi qəbul edilməsini sübuta yetirir. Elə ona görə də, beynəlxalq, strateji və qlobal layihələrin müzakirəsi, qəbul edilən qətnamələrin və verilən qərarların Ermənistan tayfasının baş kəndində səsləndirilməsi heç də, siyasi ciddiyyətdən xəbər vermir.



VOİCEPRESS.AZ

Ülkər Musazadə
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət
    ABŞ-dan növbəti “səhv”: 200 ölü
    Tereza Mey teraktda yaralananlara baş çəkdi
    Dənizkənarı Milli Parkda konsert keçirildi
    Facebook dostlarımızdan biri ölərsə... – PSİXİATR YAZIR
    Bu qidaları səhər yeməyində yemək qətiyyən olmaz
    Voronenkovun qətli Rusiya tərəfindən terrordur
    Məhsulların arxasındakı xüsusi kodlara diqqət edin
    Londonda teraktı tərədənin kimliyi bilindi
    Ermənistan malları Bakının brend mağazalarında - HƏRBİ PALTARLAR
    Rafael Ağayev ata oldu
    Səfir:
    Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir
    Azərbaycan Ermənistandan 6 pillə irəlidədir
    Ekspert:
    Almaniya millisi Bakıya qələbə ilə gəlir
    Silah anbarlarında partlayışlar olub - İnsanlar köçürüldü - Ukraynada
    Ermənilər cəbhəboyu mövqelərimizi atəşə tutub
    Böyük Britaniyada terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb
    Kiyev meriyasında Novruz bayramı münasibətilə konsert keçirilib
    Təltif olunan “Azəravtoyol” ASC-nin əməkdaşlarına mükafatları təqdim olundu
    Donald Tramp Tereza Meylə danışıb
    Daun sindromlu uşaqları necə inkişaf etdirmək olar - Psixoloq məsləhəti
    Ancelina Coli və Bred Pit barışdı
    Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı
    Babayan silah  qaçaqmalçılığında ittiham olundu
    Almaniya öz vətəndaşlarını deportasiya edir
    İran nefti bu həftə Belarusa çatdırılacaq
    Yunanıstan səfiri Azərbaycan XİN-ə çağırıldı
    Bürclər hansı xüsusiyyətləri ilə fəxr edə bilərlər?
    Lukaşenko: Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb
    WhatsApp-da 4 YENİ FUNKSİYA
    Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var
    Hüsnü Mübarək azadlığa buraxıldı
    Azərbaycan Şarcada keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda təmsil olunub
    Böyük Britaniya parlamentinin önündə atışma: ölənlərin sayı artır
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir