"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kollektiv təhlükəsizlik müqaviləsindən istifadə edə bilməz"

Siyasət / Manşet

243

Ukraynadakı Qafqaz xalqları Konqresinin rəhbəri, Azərbaycanın Ukraynadakı Şah Cəmiyyətinin səfiri Paşa Məmmədov Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı-nın (KTMT) keçirdiyi iclası “Eurasia Diary”yə şərh edib.

Yerevanda keçirilən KTMT-nin sammitində beynəlxalq böhranlara və dünyada baş verən proseslərə təşkilatın yanaşmalarını əks etdirən bəyanatlar qəbul edilib. Beləliklə, hətta Ermənistanın sədrliyi ilə Yerevanda keçirilən sammit nə Ermənistanın, nə də Azərbaycanın probemlərini əks etdirmir.

Dağlıq Qarabağ məsələsində KTMT tərəfdaşları Vyana və Sankt-Peterburq Şəhərində keçirilmiş zirvə görüşlərində əldə olunan razılaşmaları dəstəklədiklərini bildirdilər. Bu sazişlər münaqişə zonasında hərbi əməliyyatlar vasitəsilə münaqişənin həlli imkanlarını istisna edir. Bundan başqa, KTMT-nin məsuliyyət zonasındakı sərhəd təhlükəsizliyi barədə bəyanatı isə Dağlıq Qarabağdakı vəziyyətə təsir göstərə bilməz, çünki KTMT yalnız BMT tərəfindən qəbul edilən öz milli sərhədləri daxilində Ermənistanın üzvlüyünü qəbul edir. Ona görə də, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kollektiv təhlükəsizlik müqaviləsindən istifadə edə bilməz.

Bundan başqa, KTMT dövlətləri başçılarının zirvə toplantısında yeni Baş Katibin namizədliyini müəyyən edilməsi müzakirə edilib və bu Ermənistanın nümayəndəsi olmalıdır. Sammitdə Yuri Xaçaturovun namizədliyinin irəli sürülməsinə baxmayaraq, bu məsələ gündəlikdən çıxarılıb və ilin sonuna qədər təxirə salınıb.

İrəvanda KTMT sammitində qəbul olunan yeganə əhəmiyyətli qərar böhrana münasibət haqqında mərkəzin yaradılması idi. KTMT beynəlxalq aləmdə, xüsusilə ABŞ və NATO tərəfindən güclü alyans kimi tanınmayıb. KTMT özünü dünya miqyasında dəqiq prioritetlərini qısa və dürüst ifadə etməyib. Hazırda Rusiyanı Dağlıq Qarabağ münaqişəsindən də əhəmiyyətli məsələlər narahat edir. Rusiya Suriyada raket hücumundan müdafiə sistemini yerləşdirməklə ABŞ və NATO-nun planlarına əks təsir göstərmək niyyətindədir və diqqəti Suriyadadır. Əgər KTMT üzvü olan dövlətlərin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi bəyanatlar qəbul etsələr belə, həlledici olmayacaqdı. Çünki sammitdən qabaq Kreml belə bir bəyanat yaymışdı:”Qarabağ münaqişəsi ilə bağlı heç bir nikbin addım gözləmək lazım deyil”.


VOİCEPRESS.AZ


Ранее » Senator: Fransa Senatı "erməni soyqırımı" ilə bağlı qanun qəbul etmə...« Далее Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsin hər an müharibəyə səbəb o...