Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Siyasət / Manşet

4 140

Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında təmkinliliyin bərpası üçün səyləri davam etdirmək lazımdır.

VOİCEPRESS-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik brifinqdə bəyan edib.

Mayın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

***

21:20

Moskva.Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

“Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar”, məlumatda deyilir.

ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.


VOİCEPRESS.AZ


Ранее » Ermənilərin Ağdam və Tərtəri atəşə tutması nəticəsində m...« Далее Prezident İlham Əliyev və xanımı Bərdə Müalicə-Diaqnostika M...