Prezident İlham Əliyev: "Azərbaycan və Türkiyənin birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır"

Siyasət / Manşet

976

Prezident İlham Əliyev:
"Azərbaycan və Türkiyənin birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır".

VOİCEPRESS.Az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində deyib.

Dövlət başçısı qeyd edib: "Hörmətli xanımlar və cənablar, əziz dostlar! Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır və Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır.

Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır. Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərərək dövlət çevirilişinə cəhdin qarşısını aldı, dövlətçiliyi qorudu, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik. Bir çox önəmli enerji layihələrimizi biz Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır".


VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak ed...« Далее AŞPA: "Avropa Dağlıq Qarabağdakı münaqişəni həll etməlidir...
Flag Counter