Ramiz Abutalıbov və Nurəddin Quliyevə Prezidentin fərdi təqaüdü verilib

Siyasət / Manşet

1 505

Ramiz Abutalıbov və Nurəddin Quliyevə Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Ramiz Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


VOİCEPRESS.AZ


Ранее » İlham Əliyev Estoniyanın yeni Prezidentini təbrik edib« Далее Mehriban Əliyeva Masazırda Heydər Əliyev Fondunun dəstəyi ilə i...